“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 729-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 475; 2001, ¹ 11, maddə 676; 2002, ¹ 5, maddə 258; 2004, ¹ 3, maddə 133; 2005, ¹ 10, maddə 871; 2009, ¹ 2, maddə 46; 2010, ¹ 3, maddə 178; 2014, ¹ 4, maddə 329; 2016, ¹ 6, maddə 1003; 2017, ¹ 7, maddələr 1282, 1292) 14-cü maddəsinin beşinci hissəsində “yalnız nağdsız qaydada” sözləri “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2018-ci il
Azərbaycan.- 2018.- 22 mart.- S.2.