“Azərbaycan Respublikasında vərəmlə
mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 729-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹7, maddə 484; 2001, ¹12, maddə 736; 2002, ¹6, maddə 328; 2005, ¹12, maddə 1093; 2008, ¹7, maddə 602; 2016, ¹4, maddə 649; 2017, ¹7, maddə 1283) 14-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsinə “ödənilməsi” sözündən sonra “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2018-ci il
Azərbaycan.- 2018.- 23 mart.- S.1.