Yunanıstan Respublikasının
Prezidenti zati-aliləri
cənab Prokopis Pavlopulosa
Hörmətli cənab
Prezident!
Yunanıstan Respublikasının
milli bayramı - Müstəqillik Günü
münasibətilə Sizə
və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirməkdən məmnunluq
duyuram.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Yunanıstan
xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 mart 2018-ci il
Azərbaycan.- 2018.- 25 mart.- S.1.