Azərbaycan və azərbaycanlı adına layiq olmaq...

 

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yüz yaşı tamam olur...

Cəmi 23 ay yaşamış Xalq Cümhuriyyətinin...

Hər dəfə Yaxın Şərqdə ilk demokratik respublika quranları  xatırlayanda onların şəxsiyyətlərinə bilgilərinə heyrət etmişəm!

Bu insanlar qədər vətənpərvər olmuşlar!

Bu insanlar Azərbaycana azərbaycanlı adına qədər sadiq olmuşlar!

Bu insanlar qədər geniş dünyagörüşlü əqidəli olmuşlar!

 

***

 

Bu insanlar qədər mədəni, tərbiyəli siyasi mübarizənin prinsip qaydalarına sədaqətli olmuşlar!

kommunist ideologiyasının onlara qarşı haqsızlıqları, çəkdikləri əziyyət sıxıntıları, vətən doğmalarının həsrəti onları dəyişdirə bilmişdir!

Sona qədər azərbaycanlı olaraq qalmışlar!

Sona qədər doğma Azərbaycana sadiq vəfalı qalmışlar!

Bu gün Azərbaycandan küsüb gedənlər var!

Bu gün öz xoşu ilə başqa ölkədə yaşamağı üstün tutanlar var!

Bu gün firəvan yaşayış naminə Azərbaycandan qaçıb vətəninə dönük çıxanlar, hətta ona qarşı xəyanətkar mövqe nümayiş etdirənlər var!

Xoşbəxtlikdən onların sayı azdır! Lap az!

Amma hərəkətləri, özləri üçün seçdikləri "mübarizə vasitələri" ürək bulandırır.

Nəinki azərbaycanlı kişisi, heç sadə azərbaycanlı adına da yaraşmır!

Guya qoyub getdikləri vətənində kimdənsə qisas alırlar: ağızları söyüşlə açılır, söyüşlə bağlanır!

Müqəddəs heç bilmirlər, heç kimdən heç nədən utanmırlar!

Bununla nəyə nail olmaq istəyirlər?

Vətənindən xoşun gəlməyib getmisən, get, öz işindir!

Bəs vətənin, Azərbaycan xalqının adını niyə batırırsan?

Görün heç Xalq Cümhuriyyətinin liderlərindən biri vətəni vətənlərindəkiləri söydülərmi? Yox, sonadək gücləri imkanları daxilində müstəqillik uğrunda mübarizə apardılar!

Siyasi mübarizə!

Gərək tutanda elə tutasan ki, sonra utanmalı olmayasan!

Gərək ağzından elə kəlmələr çıxarmayasan ki,  ona görə doğmaların, qohumların sənin əvəzindən xəcalət çəkməsinlər!

Gərək harada, hansı qoltuqda yaşasan da, azərbaycanlı adını daşıdığını unutmayasan!

Axı, xaricdə yaşayan azərbaycanlılarımız çoxdur, lap çox!

Babalarımız kasıb oldu, mərd oldu!

Qoçaq oldu, mərd oldu!

Qaçaq oldu, mərd oldu!

Bu namərdlər hardan çıxdı,

Bax, bu mənə dərd oldu!

 

Bəxtiyar Sadıqov

Millət vəklili, "Azərbaycan" qəzetinin baş redaktoru

 

Azərbaycan.- 2018.- 25 mart- S.2.