“Vətəndaş Cəmiyyəti
Uğrunda” Müstəqil Məsləhət
və Yardım Mərkəzinin 2018-ci il aprelin 11-nə təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində səsvermə günü
Fransa Respublikasının “Opinion
Way” Sosioloji Tədqiqatlar
İnstitutu ilə birgə “exit-poll” keçirəcək qurum
kimi qeydə alınması barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹ 14/82
“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə günü Fransa Respublikasının “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit-poll” keçirmək niyyətində olduqlarını bildirmiş və bu məqsədlə qeydə alınmasını xahiş etmişdir. Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə 2018-ci il martın 14-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təşkilatın qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Beləliklə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları” ilə “exit-poll” keçirmək niyyətində olan qurumların qeydiyyatına dair tələblər müəyyən olunmuşdur. Həmin qaydaların 1-ci və 2.3-cü bəndlərinə əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçirilib-keçirilməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.
Təqdim edilmiş sənədlər qaydaların tələblərinə cavab verdiyindən “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin akkreditasiyadan keçmək barədə müraciəti təmin olunmalıdır.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü maddələrinə və adıçəkilən qaydaların 1-ci və 2.3-cü bəndlərinə əsasən qərara alır:
1. “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə günü Fransa Respublikasının “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birlikdə “exit-poll” keçirəcək qurum kimi qeydə alınsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr
Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.03.2018
Azərbaycan.-
2018.- 25 mart.- S.3.