Bərdədə pambıqçılığın çox böyük ənənələri
var
Martın 25-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Bərdə
rayonunun Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin
20 hektarlıq pambıq tarlası ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, fermer Musa Quliyev üç ildir pambıqçılıqla məşğul olur.
Prezident İlham Əliyevə məlumat verildi ki, ötən il bu fermer təsərrüfatı tərəfindən 15 hektar sahədə pambıq əkilib və 40,5 ton məhsul götürülüb. Məhsuldarlıq hər hektara 27 sentner təşkil edib. Bu il isə 20 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Qarşıya hər hektardan 35 sentner məhsul götürülməsi hədəf qoyulub.
Diqqətə çatdırıldı ki, təsərrüfatda 25 işçi çalışır.
Azərbaycan Prezidenti pambıqçılarla görüşdü.
Ölkəmizdə pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən pambıqçı Sədaqət AĞAYEVA dedi:
-Xoş gəlmisiniz cənab Prezident. Sizinlə hər dəfə görüşəndə çox şad oluruq. Çox sevinirik ki, iş yerlərimiz artır. Ayda 300-350 manat maaş alırıq. Yaxşı dolanırıq, çox sağ olun. Allah Sizin, Mehriban xanımın canını sağ eləsin, Novruz bayramınız da mübarək olsun.
Prezident İlham ƏLİYEV dedi:
-Çox sağ olun. Mən də sizi Novruz bayramı münasibətilə təbrik edirəm. Səpin başlayır. Sizə bol məhsul arzulayıram.
Şadam
ki, Bərdə rayonunda
pambıqçılığın şöhrəti bərpa
olunur. Vaxtilə böyük işlər görülmüşdü.
Siz yaxşı bilirsiniz
ki, 1970-1980-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə
ölkəmizdə, o cümlədən Bərdə
rayonunda pambıqçılıq geniş vüsət almışdı. Bərdə
o vaxt
pambıqçılıq sahəsində aparıcı rayonlardan biri idi. O vaxt əlbəttə
ki, Azərbaycanda daha çox pambıq yığılırdı,
1981-ci ildə təxminən bir milyon tona
çatmışdı. Təkcə Bərdə rayonu o vaxt 120 min ton pambıq təhvil verirdi. Ancaq əfsuslar olsun
ki, son illər ərzində pambıqçılıq
tənəzzülə uğramışdı.
Ona görə, ciddi tədbirlər görüldü,
dövlət bu işə lazımi dəstəyi göstərdi
və qısa müddət ərzində
pambıqçılıq sürətlə
inkişaf etməyə
başlamışdır, o cümlədən Bərdə
rayonunda. Məndə olan
məlumata görə,
2015-ci ildə Bərdədə
cəmi 3 min ton pambıq
yığılmışdır. Keçən il
isə 22 min 400 ton. Görülən
tədbirlər nəticəsində
iki il
ərzində pambığın
tədarükü təxminən
7-8 dəfə artmışdır.
Bax, bu texnika təzə
texnikadır. Özü də
bu traktorlar Azərbaycan istehsalıdır.
Vaxtilə biz bu istehsalı
“Belarus” şirkəti ilə
birlikdə Gəncə
şəhərində qurmuşuq.
İndi də fermerlərin tələbatını yerli
texnika ilə tam ödəyirik. Digər qoşqular,
bunlar xaricdən gətirilib, gübrələr
indi lazımi həcmdə verilir, suvarma işləri təşkil olunur. Yəni, pambıqçılığın inkişafı üçün
bütün lazımi
tədbirlər görülür.
Yerli və mərkəzi icra orqanları, fermerlər, şirkətlər
bu işlərdə çox fəal çalışırlar. Əlbəttə ki, vətəndaşlar üçün
yeni iş yerləri yaradılır.
Bərdədə pambıqçılığın çox böyük ənənələri var. Burada
yaşayan insanlar bu işi yaxşı
bilirlər. İndi isə biz pambıqçılığı
demək olar ki, bərpa etmişik. Əminəm ki, növbəti
illərdə daha yüksək nəticə
olacaq, məhsuldarlıq
daha da artacaq.
Buna imkan var. İndi fermer məlumat verdi ki,
keçən il hektardan 27 sentner məhsul götürüb.
Bu il isə
öhdəlik götürüb
ki, 35 sentner götürəcək. Məncə, tam realdır. Bu texnikanı,
sizi, bu gübrələri, buraya gələn su xətlərini görəndə
inam yaranır ki, məhsuldarlıq daha da yüksək
ola bilər.
Beləliklə, həm
iş yerləri yaradılır, həm ölkə iqtisadiyyatına,
yerli istehsala təkan verilir. Çünki indi pambıqçılıq
üçün lazım
olan bir çox texnikanı, o cümlədən suvarma texnikasını biz özümüz
istehsal edirik. Əgər bütün aqrotexniki tədbirlər düzgün
təşkil olunarsa, hesab edirəm ki, ölkə üzrə hektardan məhsuldarlıq ən azı 20 sentner olmalıdır. Keçən
il bir
qədər aşağı
idi. Biz bu
məsələ ilə
məşğuluq. Sabah keçiriləcək müşavirədə
bu il
görüləcək işlər
haqqında danışacağıq.
Ancaq məhsuldarlığın artırılması
bizim üçün
əsas hədəf olmalıdır.
Mən göstəriş vermişdim ki, daha çox iş yeri yaratmaq üçün, ilk növbədə, gərək vətəndaşlar bu işlərə dəvət olunsunlar, yaxşı məvacib verilsin. Biz pambığın satınalma qiymətini artırmışıq, indi 60 qəpikdir. Biz 45 qəpikdən başlamışdıq, sonra 50 qəpik oldu, indi 60 qəpikdir. İndi hər şey sizdən asılıdır. Nə qədər çox pambıq yığsanız məvacibiniz də o qədər çox olacaq. Mən istəyirəm ki, çox yığasınız, çox qazanasınız və ailə büdcənizə də yaxşı töhfə verəsiniz. Xüsusilə nəzərə alsaq ki, pambıqçılıqda kişilərlə bərabər daha çox qadınlar işləyir. Belə olan halda, ailə büdcəsinə hər iki tərəfdən vəsait daxil olacaq.
Görülən işlərlə bağlı sizi təbrik edirəm. Gələcək işlərinizdə sizə uğurlar arzulayıram. Sağ olun.
***
Sonra səpin işlərinə başlanıldı.
Daha sonra xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev təsərrüfatda istifadə olunan texnikalara baxdı.
Məlumat verildi
ki, səpin işlərinə lazımi
texnikanın cəlb edilməsi üçün
“Azərpambıq” MMC ilə müqavilə imzalanıb. Bildirildi ki, yeni texnikalar fermerlərin işini asanlaşdırmaqla yanaşı, məhsuldarlığın
da artmasına geniş
imkanlar açır.
Azərbaycan.-
2018.- 27 mart.- S.1-2.