Banqladeş Xalq
Respublikasının Prezidenti Zati-aliləri
cənab Md. Əbdül Həmidə
Hörmətli cənab Prezident,
Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Banqladeş xalqına sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 19 mart 2018-ci il.
Azərbaycan.- 2018.- 27 mart.- S.3.