Niderlandda 31 mart - Azərbaycanlıların
Soyqırımı Günü ilə
bağlı yürüş təşkil
edilib
Niderland Krallığının Rotterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Səssiz yürüş” aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aksiya iştirakçıları təkcə erməni terrorçularına yox, eyni zamanda, onlara dəstək verən bəzi Avropa dövlətlərinə də etirazlarını bildiriblər. Onlar, həmçinin Niderland parlamentinin alt palatasında qondarma “erməni soyqırımı” ilə bağlı sənədin qəbul edilməsinə qəti etirazlarını bildirərək bundan sonra da hər zaman Türkiyənin yanında olacaqlarını deyiblər.
Aksiyaya
Niderland Krallığında fəaliyyət
göstərən türk, Latviya, Litva, Estoniya, İraq türkmənlərinin
diaspor təşkilatları da yaxından dəstək verib.
BAK-ın birinci vitse-prezidenti, Azərbaycan-Hollandiya Həmrəylik
Cəmiyyətinin sədri Elsevər Məmmədov bildirib ki, erməni
terrorçularının azərbaycanlılara qarşı
törətdiyi soyqırımının 100 illiyi
ilə əlaqədar Benilüks ölkələrində
də silsilə tədbirlər təşkil olunacaq.
Bu istiqamətdə AAK və BAK Diasporla İş üzrə
Dövlət Komitəsi, Azərbaycanın Niderlandda
və Belçikada fəaliyyət
göstərən diplomatik korpusları ilə
birgə fəaliyyət göstərir.
Azərbaycan.- 2018.- 28 mart.- S.4.