“Azərbaycan Respublikası
hökuməti və Xorvatiya
Respublikası hökuməti arasında iqtisadi
əməkdaşlığı təşviq etmək məqsədi
ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən
tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 15 aprel tarixli
1174 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 aprel tarixli 1174 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 4, maddə 431; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518) 1-ci hissəsi ilə yaradılmış komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının vergilər naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası
energetika nazirinin müavini
Azərbaycan Respublikası
səhiyyə nazirinin
müavini
Azərbaycan Respublikası
mədəniyyət və
turizm nazirinin müavini
Azərbaycan Respublikasının
Xorvatiya Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri.”.
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
bu sərəncamın
1-ci hissəsi ilə edilən dəyişiklik barədə Xorvatiya Respublikası tərəfinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 mart 2018-ci il
Azərbaycan.- 2018.- 29 mart.- S.4.