“Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 7, maddə 586; 2007, ¹ 1, maddə 1, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1078, 1081; 2008, ¹ 3, maddə 155, ¹ 6, maddə 481, ¹ 8, maddələr 694, 710; 2009, ¹ 6, maddə 399, ¹ 11, maddə 878; 2010, ¹ 3, maddə 171, ¹ 4, maddə 273, ¹ 11, maddə 944; 2011, ¹ 2, maddələr 71, 72; 2012, ¹ 11, maddə 1040; 2015, ¹ 10, maddə 1089; 2016, ¹ 6, maddə 984; 2017, ¹ 5, maddə 729; ¹ 7, maddə 1252) aşağıdakı dəyişikliklər edilsin:

1. 23.8-ci maddədə “25 il qulluq etmiş işçilər” sözləri “35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

2. 23.11-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilsin.

3. 39.4.1-ci maddədə “55” rəqəmləri “60” rəqəmləri ilə, “25” rəqəmləri  “30” rəqəmləri ilə əvəz edilsin.

4. 39.4.2-ci maddədə “50” rəqəmləri “55” rəqəmləri ilə, “20” rəqəmləri  “25” rəqəmləri ilə, “10 təqvim ilindən” sözləri “12 il 6 aydan” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il

 

Azərbaycan.- 2018.- 29 mart.- S.4.