“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 413; 1999, ¹ 5, maddə 284, ¹ 7, maddə 396, ¹ 10, maddə 570; 2001, ¹ 5, maddə 292, ¹ 6, maddə 379, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 4, ¹ 12, maddə 706; 2003, ¹ 6, maddə 278; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 4, maddə 199, ¹ 8, maddələr 597, 598, ¹ 9, maddə 669; 2005, ¹ 1, maddə 7, ¹ 8, maddə 686; 2006, ¹ 1, maddə 4, ¹ 12, maddə 1005; 2007, ¹ 5, maddələr 439, 446, ¹ 7, maddə 712, ¹ 11, maddə 1078, ¹ 12, maddə 1222; 2008, ¹ 3, maddə 163, ¹ 7, maddə 609; 2009, ¹ 2, maddə 46, ¹ 11, maddə 878; 2010, ¹ 7, maddə 596, ¹ 10, maddə 842; 2011, ¹ 4, maddə 265; 2013, ¹ 1, maddə 21; 2014, ¹ 2, maddə 85, ¹ 7, maddələr 782, 784; 2015, ¹ 2, maddə 98, ¹ 4, maddə 346, ¹ 5, maddə 483, ¹ 11, maddə 1286; 2016, ¹ 6, maddə 1004, ¹ 11, maddə 1789, ¹ 12, maddə 2033; 2017, ¹ 6, maddə 1034, ¹ 7, maddə 1305, ¹ 11, maddə 1965; Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 927-VQD nömrəli Qanunu) 109-cu maddəsinin beşinci hissəsində “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” sözləri “Hakimlərin,” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 6 mart 2018-ci
il
Azərbaycan.- 2018.- 29 mart.- S.4.