“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 12, maddə 974; 2006, ¹ 6, maddə 480; 2007, ¹ 5, maddə 401; Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 837-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddənin adından, 5.1-ci və 5.3-cü maddələrdən “pensiyaların baza hissəsinin,” sözləri çıxarılsın.

2. 5.4-cü maddədən “və pensiyaların baza hissəsi” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il

 

Azərbaycan.- 2018.- 29 mart.- S.5.