“Fövqəladə hallar
orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 8, maddə 714; 2015, ¹ 2, maddə 103, ¹ 10, maddə 1088; 2016, ¹ 2 (I kitab), maddə 191, ¹ 6, maddə 986; 2017, ¹ 7, maddə 1254) aşağıdakı dəyişikliklər edilsin:
1. 23.12-ci maddədə “25 il xidmət keçmiş əməkdaşlar” sözləri “35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)” sözləri ilə əvəz edilsin.
2. 24.2-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart
2018-ci il
Azərbaycan.- 2018.- 29 mart.- S.5.