Heydər Əliyev beynəlxalq aeroportunda qarşılanma

 

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani martın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC  xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

 

Azərbaycan.- 2018.- 29 mart.- S.3.