Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki
əməkdaşlıq məsələləri müzakirə
olunub
Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir ilə görüşüb.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə hərbi-texniki əməkdaşlığın
inkişaf perspektivləri müzakirə edilib və hərbi sənaye sahəsində
qarşılıqlı maraq doğuran məsələlər ətrafında
geniş fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-
2018.- 29 mart.- S.4.