Səfər
başa çatdı
İran İslam
Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycan
Respublikasına rəsmi səfəri martın 29-da başa
çatıb.
AZƏRTAC xəbər verir ki, hər
iki ölkənin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda ali qonağın şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
İran Prezidenti Həsən
Ruhanini hava limanında Azərbaycan Respublikasının Baş
nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin
müavini Xələf Xələfov və digər rəsmi
şəxslər yola saldılar.
Azərbaycan.-
2018.- 30 mart.- S.3.