Ağstafa
şəhərinin su təchizatının
yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Ağstafa şəhərinin su
təchizatının yaxşılaşdırılması məqsədi
ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar
tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət
büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində
göstərilmiş məbləğin 4,6 milyon (dörd milyon
altı yüz min) manatı “Azərsu” Açıq Səhmdar
Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 mart 2018-ci il
Azərbaycan.-
2018.- 30 mart.- S. 3.