Azərbaycan və İran iş adamları arasında əməkdaşlığın
genişləndirilməsi imkanları müzakirə olunub
Martın 29-da Bakıda Azərbaycan
və İran dövlət başçılarının
iştirakı ilə keçirilən biznes forum çərçivəsində
hər iki ölkənin iş adamları arasında ikitərəfli
görüşlər keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan və İran tərəfindən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, logistika, səhiyyə, maliyyə, turizm və digər sahələrdə fəaliyyət göstərən 400-ə yaxın iş adamı iştirak edib.
İkitərəfli görüşlərdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan və İran dövlət başçılarının siyasi iradəsi nəticəsində son 4 ildə ölkələrimiz arasında əlaqələr daha da inkişaf edib. Bu dövrdə 10 yüksək səviyyəli görüş, 100-dən çox qarşılıqlı səfər həyata keçirilib. İndiyədək Azərbaycan və İran arasında 150-yə yaxın sənəd imzalanıb.
Azərbaycan və İran ticarət, sənaye, enerji,
nəqliyyat, turizm sahələrində uğurla əməkdaşlıq edir. 2017-ci ildə ölkələrimiz
arasında ticarət dövriyyəsi 16 faiz
artıb. Azərbaycanda 700 İran şirkəti
qeydiyyatdan keçib. Ölkələrimiz
qarşılıqlı investisiya qoyuluşu sahəsində uğurla
əməkdaşlıq edirlər. Ötən il
Azərbaycana 363 min iranlı turist gəlib.
Azərbaycan.-
2018.- 30 mart.- S.4.