Prezident seçkiləri Azərbaycan xalqının iradəsini
əks etdirəcək
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 30-da ATƏT-in Demokratik Təsisatlar
və İnsan Haqları Bürosu missiyasının rəhbəri
xanım Korin Yonkeri qəbul edib.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident
İlham Əliyev seçkilərin demokratik, seçki
qanunvericiliyinə uyğun şəkildə
keçiriləcəyinə, ədalətli və şəffaf
olacağına və Azərbaycan xalqının iradəsini əks
etdirəcəyinə əminliyini ifadə etdi.
Azərbaycan.-
2018.- 31 mart.- S.1.