Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində 31 mart soyqırımı əlaqədar anım tədbirləri keçirilib

 

Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində 31 mart -Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Sərhəd Xidməti Aparatında, Azərbaycan İstiqlal Muzeyində və Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində keçirilən tədbirlərdə vurğulanıb ki, azərbaycanlılara qarşı qətliam və etnik təmizləmə siyasəti erməni şovinist millətçiləri tərəfindən yüz illər boyu planlı surətdə həyata keçirilib. Bu siyasətin mahiyyəti azərbaycanlıları doğma torpaqlarından sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə mifikböyük Ermənistan” dövləti yaratmaq olub. Ayrı-ayrı dövrlərdə böyük dövlətlərin müəyyən dairələrinin təhriki ilə yeridilən bu siyasətin əsas məqsədi tarixi faktları və arxiv sənədlərini saxtalaşdırmaqla, dezinformasiya xarakterli məlumatlar yaymaqpsixoloji-informasiya metodlarından istifadə edərək dünya ictimai fikrinə təsir etməkdən ibarət olub. Məqsədlərinə nail olmaq üçün erməni millətçiləri ayrı-ayrı ölkələrin ərazilərində erməni diasporununlobbisinin imkanlarından geniş istifadə edərək ideoloji, separatçı və terrorçu təşkilatlar yaradıblar.

Tədbirlərdə çıxış edənlər bildiriblər ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi məhrumiyyətlərə verilən əsl tarixi qiymət idi. Azərbaycanlıların Soyqırımı Gününün məhz bu tarixdə qeyd edilməsi səbəbsiz deyildir. 1918-ci ilin mart ayının son iki günündə daşnak-bolşevik birləşmələri gəmilərdən və təyyarələrdən Bakının müsəlmanlar yaşayan hissələrini bombardman edib, silahlı erməni dəstələri evlərə soxularaq 17 minə qədər dinc azərbaycanlını, o cümlədən qadınları, körpələri və qocaları misli görünməmiş vəhşiliklə qətlə yetiriblər. Bakı qırğını ilə kifayətlənməyən ermənilər Naxçıvanda, Şamaxıda, Lənkəranda, Quba-Xaçmazda, Ağsuda dəhşətli qətllər törədib, yüzlərlə kəndi darmadağın ediblər.

Ermənilər tərəfindən törədilmiş çoxsaylı soyqırımı hadisələrinin mərhələlərlə şərh olunduğu tədbirlərdə vurğulanıb ki, bu vəhşiliklərin beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk əməli təşəbbüs ulu öndər Heydər Əliyev tərəfindən edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan həqiqətlərinin, o cümlədən erməni şovinistləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətini dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimizdiaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi qoyub.

Tədbirlərdə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib

 

Azərbaycan.- 2018.-31 mart.- S.6.