İnternet mediadasosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması mövzusunda tədbir keçirilib

 

Martın 30-da Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “İnternet mediadasosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: mənfi meyillərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbirdə çıxış edərək Avropaya sığınan bir neçə azərbaycanlının son zamanlar etik prinsipləri pozaraq Azərbaycan, dövlətimizin başçısı, dövlət rəmzləri haqında təhqiredici ifadələr səsləndirirlər. Qarşıdan prezident seçkiləri gəlir və biz belə çirkin əməlləri bununla əlaqələndiririk.

Mətbuat Şurasının sədri bildirib ki, belə çirkin əməllər əvvəlki seçkilərdə də müşahidə olunub. Lakin bu hal indi daha kəskin və sərt təhqir, qəzəb və söyüşlə müşayiət olunur. Belə qüvvələrin məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır. Lakin onlar azlıq təşkil edirlər. Bu gün Avropada və dünyanın digər ölkələrində xeyli sayda azərbaycanlı yaşayır. Onlar Azərbaycanı xaricdə uğurla təmsil edir, ölkəmizlə bağlı həqiqətləri fəal təbliğ edirlər.

Diqqətə çatdırılıb ki, təhqir və söyüş üsulunu siyasi mübarizə yolu kimi seçən müəyyən insanlar yaşadıqları ölkələrdən müxtəlif təhdidlər səsləndirirlər. Bu, qanunla qadağandır və insan hüquqlarına ziddir. Bu tədbirin keçirilməsi cəmiyyətdə barışın və həmrəyliyin qorunması üçün çox vacibdir.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən bu tədbirin aktual mövzuya həsr olunduğunu qeyd edən Prezidentin köməkçisi deyib ki, cəmiyyətimizi düşündürən mühüm ictimai-siyasi prosesprezident seçkisi ərəfəsində belə mövzuda müzakirələrin aparılması çox önəmlidir.

Əli Həsənov deyib ki, dünyada xalqların gücü onların sayı, yaşadığı ərazinin böyüklüyü, iqtisadi resursları ilə yanaşı, həm də həmin xalqı təmsil edən milli elitanın səviyyəsi, fəallığı, ölkə daxilində və xaricində baş verən hadisələrə yanaşması ilə ölçülür. Azərbaycan cəmiyyəti də digər cəmiyyətlərdən ciddi fərqlənmir. Milli elitanın ən fəal təbəqəsi qələm sahibləridir. Azərbaycan cəmiyyətində həmişə mühüm proseslərə qiymət verən, insanlarda həmin hadisələrlə bağlı münasibət formalaşdırmağa təsir edən məhz belə ziyalılardır. Çox yaxşı haldır ki, bu məsələdə də obyektiv mövqedən çıxış edən ziyalılarımız oldu.

Prezidentin köməkçisi bildirib ki, xarici ölkələrdə yaşayan bir neçə azərbaycanlının ölkəmizə qarşı heç bir əxlaq çərçivəsinə sığmayan münasibətlərinə, fikirlərinə cəmiyyətin əksər üzvləri kifayət qədər konstruktiv, təsirli və cəmiyyət üçün əhəmiyyətli rakurslardan yanaşaraq münasibət bildirirlər.

Yeni yüzilliyin əvvəllərindən etibarən sosial şəbəkələrin dünya siyasətinə, qlobal informasiya mühitinə təsir edən, bir sıra hallarda ayrı-ayrı ölkələrdəki daxili siyasi mübarizənin taleyini həll edən əsas vasitələrdən biri kimi qəbul olunmağa başladığını diqqətə çatdıran Əli Həsənov deyib ki, sosial şəbəkələrin son illərdə yaratdığı imkanların Avrasiya və Yaxın Şərq coğrafiyasında, xüsusən də ərəb ölkələrində hansı fəsadlara gətirib çıxardığı bu gün də əsas müzakirə mövzularından biridir. Hətta 2011-ci ildə Böyük Britaniyada baş vermiş iğtişaşlar zamanı sosial şəbəkələrdən istifadə məhdudlaşdırıldı və bu addımın “zərərli çağırışların qarşısını almaq” məqsədi daşıdığı bildirildi. Yəqin elə bu səbəbdəndir ki, Azərbaycanla qonşu olan böyük ölkələrdə ayrı-ayrı vaxtlarda sosial şəbəkələr məhdudlaşdırılıb, ya da böyük milli şəbəkələr yaradılmasına cəhd göstərilib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan heç bir dönəmdə, ən azından ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il avqustun 6-da KİV üzərindən bütün senzuraqadağalar ləğv olunduqdan sonra nə hər hansı media qurumunun fəaliyyətinə məhdudiyyət qoymayıb, nə yeni fenomen olan şəbəkə məhdudlaşdırma yolunu seçməyib, nə də ki, ölkəmizdə milli şəbəkələrin qurulmasına təşəbbüs göstərməyib. Qlobal informasiya və ünsiyyət şəbəkələrinə giriş bizim ölkədə sərbəstdir və bəzi milli dönüklərin okeanın o tayından verdikləri saxta proqnozlara baxmayaraq, sərbəst də saxlanılacaq. Azərbaycan hakimiyyəti bəhs etdiyim dövrdə sosial şəbəkələrə cəmiyyətlə və dünya ilə asan təmas imkanlarından biri kimi yanaşıb və yanaşmaqda da davam edir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özünün, müxtəlif dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Prezident dəfələrlə sosial şəbəkələrdə qaldırılan problemlərə reaksiya verib, internetə məlumat mənbələrindən biri kimi yanaşdığını bildirib.

Hazırda Azərbaycanda Facebook, Tvitter, Youtube, İnstaqram və digər sosial şəbəkələrdə istifadəçilərin sayının 3 milyona yaxınlaşdığını qeyd edən Əli Həsənov deyib ki, cəmi 10 milyona yaxın əhalisi olan bir ölkə üçün bu, həqiqətən böyük göstəricidir. Azərbaycanda müasir rabitə və internet infrastrukturunun qurulması, tariflərin region ölkələrindəki qiymətlərlə uyğunlaşdırılması, hər kəsin bu sahədə sərbəst fəaliyyəti üçün şərait yaradılması, mövcud seqmentdə fikir plüralizminin təmin olunması ölkəmizdə sosial şəbəkələrin inkişafına müsbət təsir göstərən əsas amillərdir.

Prezidentin köməkçisi deyib: “Azərbaycan hakimiyyətinin sosial şəbəkələrə müsbət münasibəti, bu seqmentdən geniş istifadə üçün yaratdığı hərtərəfli şərait müqabilində təəssüf ki, bəzi dairələrin mövcud imkanlardan sui-istifadə cəhdləri cəmiyyətimizi narahat etməyə bilməz. Müəyyən xarici qüvvələrin və daxili siyasi qrupların Azərbaycan hakimiyyətinə, bir çox hallarda isə bütövlükdə Azərbaycan dövlətinə qarşı davamlı olaraq iyrənc kampaniya aparması bunu açıq şəkildə göstərir. Ayrı-ayrı vaxtlarda təşkil olunan kampaniyaların təşkilatçıları və iştirakçıları ölkədəki dünyəvi rejimi, etnik-dini münasibətlər sistemini hədəf götürür, ölkəmizin adının belə “tarixi səhv” nəticəsində yarandığı haqda uydurmalar yayırlar. Məqsədyönlü şəkildə açılmış, fərqli radikal dini qrupların, separatçı dərnəklərin nəzarətində olan səhifələr ölkədəki tolerant mühiti, ən böyük sərvətimiz və inkişafımızın rəhni olan sabitliyi hədəfə alırlar. Sirr deyil ki, bu çevrələr, dərnəklər, qruplar bəzi qonşu dövlətlərin, xüsusən Ermənistanın məkrli mərkəzlərinin təsiri altındadır. Yenə də təəssüflə qeyd etməliyəm ki, 2015-ci ildən üzü bəri dövlətimizin başçısının şəxsiyyətinə, ailə üzvlərinə, komandasına, vəzifəli şəxslərin ailə üzvlərinə qarşı aparılan çirkin kampaniya anti-Azərbaycan mərkəzlərin fəaliyyəti ilə sinxronluq təşkil edir. Bu ardıcıllıq hətta böyük informasiya axınına çıxışı olmayan sıravi, amma diqqətli vətəndaşlarda belə koordinasiyalı fəaliyyət təəssüratı yaradır. İnformasiyalara çıxış olan dövlət adamları, ictimai xadimlər, media nümayəndələri üçün isə bu, sadəcə təəssürat deyil, real faktdır”.

Son zamanlar, xüsusən də Azərbaycanda növbəti prezident seçkiləri aprelin 11-nə təyin olunandan sonra qeyd edilən mərkəzlərin məkrli “Azərbaycan layihəsi”ni dövriyyəyə buraxdıqlarını diqqətə çatdıran Əli Həsənov bildirib ki, onlar bu işə xarici ölkələrdə müxtəlif vasitələrlə öz təsirləri altında saxladıqları bəzi soydaşlarımızı qoşublar. Qısa zaman kəsiyində bu çirkin kampaniya ifrat həddə çatdığına görə ölkənin informasiya siyasətinə, diaspor nümayəndələri ilə əlaqələrə məsul şəxs kimi mən mövcud durumun kəskinliyi barədə xüsusi bəyanatla çıxış etdim və ölkə ictimaiyyətini məlumatlandırdım. Fevralın sonunda Niderlandda diaspor nümayəndələri ilə görüşdə, martın əvvəlində isə jurnalistlərin qurultayındakı çıxışımda mən üzümü bu kampaniyanı təşkil edənlərə və icraçılara tutaraq belə antimilli fəaliyyətin Azərbaycan cəmiyyəti tərəfindən heç zaman dəstəklənməyəcəyini bəyan etdim. Bunun ardınca bir neçə gün sonra Mətbuat Şurasının 15 illik yubileyində bir daha bu fəaliyyəti başlayanlara və icraçılara çağırış etdim. Amma təəssüf edirəm ki, onlar bu çirkin fəaliyyəti dayandırmadılar. Novruz bayramı günü mən yenidən, bu dəfə özlərini bizim hakimiyyətə opponent hesab edən qrupların sevimli platforması sayılan Facebook vasitəsilə çıxış etdim. Sevinirəm ki, ard-arda dərc etdiyim bu müraciət və statuslar media nümayəndələri, yaradıcı insanlar, QHT təmsilçiləri - bir sözlə, ölkə ziyalılarının geniş spektri tərəfindən müsbət qarşılandı. Çünki ortada Azərbaycanın milli maraqları, dövlətimizin mənafeyi, xalqımızın mənəviyyatı məsələsi dayanmışdı. Mənim milli ziyalılarımızın belə məqamlarda, xüsusən də dövlətçiliyimizin əsaslarına təhlükə yarananda yüksək vətənpərvərlik göstərəcəklərinə heç bir şübhəm yox idi və belə də oldu.

Prezidentin köməkçisi deyib: Son günlərin müzakirələri həm də xaricdə oturub anti-Azərbaycan dairələrin aləti qismində çıxış edənlərin, “söyüş makinası”na yem olanların üzünü açdı və cəmiyyətə tanıtdırdı. O da göründü ki, Azərbaycanın daxilində oturub çirkin söyüş müxalifətini dəstəkləyənlər, onların mənəviyyatsız əməllərini bəzi hakimiyyət dairələrinin adına yazaraq Prezidentin komandasında qarşıdurma yaratmaq istəyənlər daha ziyanlı mənəviyyat sahibidirlər. Bu müzakirələrdən sonra əvvəllər barışdırıcı kimi görünməyə çalışanların çıxışlarında, təhlillərində bir həqiqət etiraf olunmağa başlayıb - hədəf sadəcə Prezidentonun ailə üzvləri, komandası, o komanda üzvlərindən biri olan mən - Əli Həsənov deyil. Məqsəd Şərq mentalitetinin incəliyinə hesablanıb – hədəf birinci şəxsin və komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütləvi narazılıq ovqatı formalaşdırmaqla, komandadaxili qarşıdurma yaratmaqla ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır. Bu işin təşkilatçıları və icraçılarını Azərbaycanı suriyalaşdırmaq istəyən “virtual İŞİD” adlandırmaqda haqlı olduğum indi həmin qüvvələrin “ağsaqqalları” tərəfindən dolayısı ilə etiraf olunur”.

Əslində, bunun yeni plan olmadığını vurğulayan Əli Həsənov bildirib ki, hələ Dağlıq Qarabağ münaqişəsi başlayanda erməni lobbisi öz mənfur arzusuna çatmaq üçün Bakını Beyruta, Azərbaycanı Livana çevirmək istəyirdi və bunu gizlətmirdi. Həmin qüvvələr və “sapı özümüzdən olan baltalar” 2003-cü və 2008-ci illərdə ciddi-cəhdlə buna çalışdılar. Lakin o dövrdə Prezident İlham Əliyevin xalqla birliyinə və dəmir iradəsinə çırpılaraq geri çəkildilər. Belələri 2013-cü ildə yeni bir məkrli plan quraraq, xarici dairələrin köməyi ilə “Milyarderlər İttifaqı” yaratdı və “aldanmış kəvakib”dən istifadə edərək hakimiyyəti ələ keçirməyə cəhd göstərdilər. Xoşbəxtlikdən hər dəfə də bu antimilli ünsürlər ölkə Prezidentinin dəmir iradəsi, onun sədaqətli silahdaşlarının yekdil mövqeyi və ən əsası, Azərbaycan xalqının keçilməz müqaviməti ilə üzləşərək necə gəlmişdilərsə, eləcə də qayıdıb getdilər. Bu günonlar yatmayıb, sadəcə olaraq qəfil yaxalandıqları üçün hazırlıqsızdırlar. Odur ki, güman qalıb onların daimi bacardıqları işə - xəyanətə, hiyləyə və bir də söyüşə. Bu dəfə “livanlaşdırma” termini də dəyişib və “suriyalaşdırma” ilə əvəz olunub.

Prezidentin köməkçisi deyib: “Hazırkı siyasət masasının üzərində bizim dövlətin əsas maraq və mənafeləri, dəyərləri, bütün dünyada yaşayan soydaşlarımızı birləşdirən azərbaycançılıq ideyasının taleyı, dövlət təhlükəsizliyimiz, mənsub olduğumuz xalqın milli-mənəvi dəyərləri və milli heysiyyətimiz durur. Özünü azərbaycanlı sayan heç kimin biganə qala bilməyəcəyi dəyərlərimizə haqsız, məkrli, düşünülmüş, əlaqələndirilən hücum var. Belə hallarda heç birimiz gözləmə mövqeyi tuta bilmərik. Biz ya ictimai meydanı dövlətimizi “Aran”, “Abşeron sultanlığı” adlandıran xain və məkrli qüvvələrin əlində alətə çevrilmiş qaragüruhçu ünsürlərə verməli, ya da milli elitanı, ölkə ziyalılarını səfərbər edərək bu antiəxlaq ünsürlərinə “dur” deməliyik, insanları yanlış yoldan çəkindirməyi bacarmalıyıq. Buna görə də xalqımız və dövlətimizin firavan gələcəyi naminə fəaliyyət göstərən millət vəkillərimiz, siyasətçilərimiz, alimlərimiz, yazıçılarımız - bir sözlə, ziyalı adını daşıya biləcək hər kəs öz mövqeyini nümayiş etdirməli və biabırçı “söyüş makinası”nı, təhqir qaragüruhunu dayandırmalıdır.

Ölkəmizdə mətbuat və söz azadlığının tam təmin olunduğunu vurğulayan “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov təəssüflə bildirib ki, bəzi insanlar ölkəmizdə ifadə azadlığından söyüş və təhqir azadlığı kimi istifadə edirlər. Azərbaycandan kənarda yaşayan həmvətənlərimiz xalqımızın milli mənəvi dəyərlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması vəzifəsini unutmamalıdırlar. Söyüş və təhqirin heç vaxt mübarizə vasitəsi ola bilməyəcəyini deyən B.Sadıqov bildirib ki, həmin insanların mübarizəni bu üsullarla aparmaları onların əlində heç bir faktın olmadığını göstərir.

Milli Məclisin deputatı Aqil Abbas belə hadisələrlə bağlı parlamentdə də müzakirələrin aparıldığını vurğulayaraq deyib ki, Azərbaycanda hansısa bir ölkə haqqında münasibət bildiriləndə həmin ölkələrin səfirliklərinin dərhal ciddi etirazları ilə qarşılanır. Ona görə də Azərbaycanın xarici ölkələrdəki səfirlikləri həmin dövlətlərin müvafiq qurumlarına ölkəmizdə vətəndaş qarşıdurması yaratmaqla bağlı çağırışlar səsləndirən bu insanlar barədə lazımi tədbirlərin görülməsi üçün fəallığı artırmalıdırlar. Çox təəssüf ki, belə insanlar Azərbaycanda da var. Bu gün Azərbaycan cəmiyyəti, o cümlədən ziyalılarımız belə şəxslərə qarşı lazımi səviyyədə tutarlı cavab verirlər.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı xaricdə yaşayan bəzi azərbaycanlının Azərbaycan, dövlətimizin başçısı və müəyyən dövlət məmurları haqqında təhqiredici ifadələr səsləndirməsini ciddi qınayıb. Bəzi ziyalıların bu insanları dialoqa çağırmalarından sonra həmin ziyalılara qarşı da hücumların olması belə insanların ölkəmizə qarşı nə dərəcədə barışmaz mövqe tutduqlarını göstərir. Həmin insanlar Azərbaycan ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı xaricdə keçirilən tədbirlərdə iştirak etmirlər. Ümumiyyətlə, onların bəziləri hətta başqa ölkələrin pasportlarını daşıyırlar. A.Aşırlı sosial şəbəkələrdəki bu cür təhdidlərin qarşısının alınmasında onlayn mediadan istifadə mövzusunun tədris proqramına salınmasının və xaricdə yaşayan azərbaycanlılardan ibarət vətəndaş birliyi xartiyasının yaradılmasının əhəmiyyətini bildirib.

Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, qlobal imperializmin silahı qismində yaradılan sosial şəbəkələrdən milli dövlətlərə qarşı yumşaq güc vasitəsi kimi istifadə olunur. Siyasi intellektual mübarizənin əsas komponentlərindən birinin siyasi əxlaq və mədəniyyət olduğunu vurğulayan H.Babaoğlu deyib ki, bizyumşaq güc” vasitəsilə münasibətləri hüquqi mexanizmlərlə tənzimləməliyik. Belə ki, siyasi mübarizədə təhqir və söyüşlərdən istifadənin qarşısı hüquqi yollarla alınmalıdır.

Azərbaycan Televiziyasının informasiya proqramları studiyasının baş direktoru Faiq Hüsüyevbildirib ki, taleyüklü məqamlarda cəmiyyətin bütün üzvləri birləşərək yekdil mövqedən çıxış etməlidirlər. Təəssüf ki, xaricdə yaşayan bəzi azərbaycanlılar ölkəmiz haqqında söyüş və təhqirlər yağdıraraq nəyəsə nail ola biləcəklərini düşünürlər. Faiq Hüsüyev ziyalıların və jurnalistlərin belə şəxslərə qarşı fəal mübarizə aparmalarının, bu cür halların qarşısının alınması üçün ictimai qınağın təşkil edilməsinin vacibliyini vurğulayıb.

Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz qeyd edib ki, adətən ölkəmizlə bağlı mühüm ictimai-siyasi hadisələr, seçkilər, xüsusilə beynəlxalq qurumların Azərbaycana dair hesabatlarının açıqlanması ərəfəsində xaricdə yaşayan və ələ alınmış bəzi azərbaycanlılar tərəfindən ölkəmiz, dövlətimiz, seçkilər dövründə isə namizədlərə qarşı sistemli şəkildə təhqir və böhtan xarakterli fikirlər səsləndirilir. Biz buna qarşı vahid mövqedən çıxış etməliyik.

Azərbaycan Milli TeleviziyaRadio Şurasının sədri Nuşirəvan Məhərrəmli ölkəmizin dünyada sabitlik adası olduğunu vurğulayaraq bildirib ki, xaricdə yaşayan bəzi azərbaycanlılar tərəfindən belə böhtan və təhqir kampaniyasının aparılması Azərbaycandakı ictimai-siyasi sabitliyin pozulması məqsədinə xidmət edir. Belə insanlar hətta milli mentalitetimizin qırmızı cizgisini keçən ən sərt təhqir və söyüşlərdən istifadə edirlər. Ona görə də cəmiyyətimizin hər bir üzvü, o cümlədən həm QHT, həm də KİV təmsilçiləri belə hallara qarşı ortaq mövqedən çıxış edərək, güclü ictimai qınaq formalaşdırmalıdırlar.

“Gününsəsi.info” saytının baş redaktoru Pərviz Həşimli Azərbaycana qarşı böhtan və şər xarakterli təhqiredici fikirlər səsləndirən belə şəxslərin mühüm ictimai-siyasi hadisələr ərəfəsində fəallaşdıqlarını qeyd edib. O, cəmiyyətin bütün üzvlərinin onların bu hərəkətlərinə qarşı sərt mövqedən çıxış etmələrinin vacibliyini bildirib.

“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili deyib ki, xaricdə yaşayan bəzi azərbaycanlıların ölkəmiz əleyhinə apardıqları təhqir və söyüş kampaniyasına qarşı Azərbaycan cəmiyyətinin hər bir üzvü ən sərt və kəskin qınaq nümayiş etdirməlidir.

İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan cəmiyyətində qəbul olunmayan, ermənipərəst qüvvələrin mövqelərindən çıxış edən həmin insanların ölkəmizdə baş verən ictimai-siyasi proseslərə küçə təfəkkürü ilə yanaşmalarını qara ləkə adlandırıb. V.Rəhimzadə belə şəxslərə qarşı hüquqi müstəvidə sərt mübarizənin aparılmasının vacibliyini qeyd edib.

Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, həmin şəxslərin səsləndirdikləri böhtan, şər, təhqir, eləcə də ölkəmizdə qarşıdurma yaratmaq çağırışları ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin dövlətlərin aidiyyəti qurumlarına müraciət edərək lazımi tədbirlərin görülməsini təmin etməlidir.

Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov xarici ölkələrə sığınan bəzi azərbaycanlıların xalqımıza qarşı mənfi mövqe tutmalarının, böhtan, təhqir yağdırmalarının cəmiyyətin hər bir üzvünün sərt narazılığına səbəb olduğunu bildirib. Hüquq mühafizə orqanları belə şəxslərə qarşı Azərbaycan qanunvericiliyinə uyğun olaraq lazımi tədbirlər görməli, İnterpola müraciət etməlidirlər. Həsən Həsənov təəssüflə bildirib ki, öz xalqı və dövləti əleyhinə təhqirlər səsləndirən belə azərbaycanlılar xalqımıza qarşı soyqırımları törətmiş erməni liderləri barədə etiraz bildirməyiblər.

Bakinski raboçi” qəzetinin və “1news.az” saytının baş redaktoru Rəhman Hacıyev həmin şəxslərin müəyyən qüvvələrin sifarişlərini yerinə yetirdiklərini bildirib. Azərbaycan dövlətinin internetdən istifadəyə son dərəcə liberal davrandığını vurğulayan R.Hacıyev deyib ki, son zamanlar super dövlətlər tərəfindən sosial şəbəkələrdəki məlumatlardan müəyyən təsir və təzyiq vasitəsi kimi istifadə olunur. Buna görə də sosial şəbəkələrdən və internetdən istifadəyə nəzarət gücləndirilməlidir.

"Gündəlik Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı ölkəmiz əleyhinə çağırışların yer aldığı çarxların sosial şəbəkələrdən, o cümlədən “Youtubesosial şəbəkəsindən çıxarılması ilə bağlı rəhbərlik etdiyi media qurumu tərəfindən görülən işlərdən danışıb. O, hüquq mühafizə orqanlarının belə hallarla bağlı lazımi tədbirlərin görülməsinin və cəmiyyətin hər bir üzvünün, xüsusən də ziyalıların kəskin mövqe bildirmələrinin vacibliyini qeyd edib.

Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu xaricdə yaşayan azərbaycanlıların ölkəmiz əleyhinə çıxış etmələrinin əslində böyük qüvvələrin Azərbaycan dövlətinə qarşı həyata keçirmək istədikləri məkrli planın tərkib hissəsi olduğunu deyib. Bildirib ki, bu gün Azərbaycanda mövcud olan möhkəm ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr həmin şəxslərdən istifadə edirlər. Təsadüfi deyil ki, buna görə də həmin qüvvələr Azərbaycandakı sabitliyin əsas dayağı olan xalq-iqtidar həmrəyliyini hədəfə alıblar.

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli bəzi şəxslərin xalqımızın milli mənəvi və əxlaqi dəyərlərini hədəfə almalarını, ölkəmizə qarşı mənfi mövqe tutmalarını barbarlıq nümunəsi adlandırıb. O, xaricdə yaşayan bəzi azərbaycanlıların ölkəmizin əleyhinə çıxış etmələrinin ermənipərəst qüvvələrin maraqlarına xidmət etdiyini bildirib.

Müzakirələrə yekun vuran Prezidentin köməkçisi Əli Həsənov jurnalistlərin cəmiyyətin avanqard qüvvəsi olduqlarını vurğulayaraq, fəal vətəndaşlıq və ziyalı mövqeyinə görə minnətdarlığını bildirib. Azərbaycan dövlətinin sağlam və peşəkar jurnalistlərə güvəndiyini deyən Əli Həsənov bildirib ki, ölkədə ictimai rəyi formalaşdıran, milli elitanı hərəkətə gətirən peşəkar jurnalistlərin olması çox əhəmiyyətlidir.

Əli Həsənov qeyd edib ki, bu gün Azərbaycanda dövlət siyasətinin həyata keçirilməsinin, onun uğurlu inkişafının və xaricdə təmsil olunmasının qarantı Azərbaycan Prezidentidir. Azərbaycan Prezidentinin siyasətinin gücü onun xalqın əksəriyyəti tərəfindən dəstəklənməsi, milli iradəyə söykənməsidir. Bu tədbirin məqsədi Azərbaycan dövləti ilə bağlı məkrli planlarını həyata keçirməyə çalışan qüvvələrə qarşı jurnalistlərin mövqeyini ifadə etməkdir. Tədbirdə Azərbaycan dövlətçiliyinin və milli maraqlarının əsas sütunlarının sarsıdılması cəhdlərinə qarşı mübarizə yollarının müzakirə edildiyini vurğulayan Prezidentin köməkçisi deyib ki, xalqımız ölkəmizdə sabitliyin inkişafını istəməyən, Azərbaycanın enerji resurslarında maraqları olan qüvvələrin öz niyyətlərini həyata keçirmələrinə imkan verməyəcək.

 

Azərbaycan.- 2018.- 31 mart.- S.4.