MSK 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmasına qərar verib

 

Məzahir Pənahovun sədrliyi ilə martın 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 24 mart 2018-ci il tarixli iclasının protokolu təsdiq edilib.

Sonra cari ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək, fasiləsiz və arasıkəsilmədən izlənilməsi məqsədilə, işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameraların quraşdırılmasına qərar verilib.

MSK Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən təqdim olunan vəkil edilmiş şəxsləri də qeydə alıb.

Beynəlxalq müşahidə missiyalarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

 

Azərbaycan.- 2018.-31 mart.- S.5.