Goranboy rayonunun Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. On iki min nəfər əhalinin
yaşadığı 5 yaşayış məntəqəsini
birləşdirən Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə avtomobil yollarının tikintisi və
yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin 4,4 milyon (dörd milyon dörd yüz
min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 aprel 2018-ci il.
Azərbaycan.- 2018.-1 may.- S.2.