“Standartlaşdırma haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 92; 2001, ¹ 11, maddə 683; 2004, ¹ 2, maddə 57, ¹ 10, maddə 761; 2007, ¹ 10, maddə 938; 2009, ¹ 12, maddə 948; 2014, ¹ 10, maddə 1166; 2017, ¹ 6, maddə 1025) 6-cı maddəsinin ikinci hissəsinin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Ərzaq məhsulları üçün dövlət standartları yalnız tövsiyə olunan tələbləri müəyyənləşdirir və həmin dövlət standartlarının tətbiqi könüllü xarakter daşıyır.”.
Maddə 2. Bu qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 fevral 2018-ci il
Azərbaycan.- 2018.- 1 may.- S.2.