“Baytarlıq haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun
tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 22 noyabr tarixli 316
nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Baytarlıq
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun
7.1-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanları ilə və onların tabeliyində olan baytarlıq (baytarlıq-sanitariya)
fəaliyyətini həyata
keçirən təşkilatlarla
bağlı təkliflərini
iki ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.4. həmin Qanunun 13.2-ci maddəsinə
uyğun olaraq, Azərbaycan Respublikası
Qida Təhlükəsizliyi
Agentliyinin baytarlıq
nəzarəti sahəsində
icrası məcburi olan qərarlarının formasını, onların
tərtib edilməsi və verilməsi qaydasını bir ay müddətində müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. həmin Qanunun 26.2-ci maddəsinə
uyğun olaraq, dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin, bazarların
və digər baytarlıq nəzarəti
obyektlərinin qeydiyyatı
qaydasını bir ay müddətində müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.6. həmin
Qanunun 39.2.4-cü maddəsinə
uyğun olaraq, xüsusi təhlükəli
heyvan xəstəliklərinin
siyahısını iki
ay müddətində müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.7. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
“Baytarlıq haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.8. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 11, maddə
1011; 2008, ¹ 8, maddə 718; 2009, ¹ 8, maddə 630; 2010, ¹ 3, maddə
186; 2015, ¹ 7, maddə 841) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 1.8 – 1.21-ci, 2.4-cü bəndlər və
3-cü hissə ləğv
edilsin;
2.2. 1.71-ci bənddən
“15.3.2-ci,” sözləri çıxarılsın;
2.3. 2.1-ci bənddən
“7.2-ci,” sözləri çıxarılsın;
2.4. 2.2-ci bənddə
“7.3-cü (ikinci halda),
13.2-ci” sözləri “1.0.4-cü, 13.2-ci (ikinci halda)” sözləri ilə,
“26.1-ci, 26.2-ci, 29.1.6-cı” sözləri
“26.1-ci (birinci halda),
26.2-ci (ikinci halda),
29.1.6-cı (birinci halda)”
sözləri ilə,
“və 39.2-ci” sözləri
“, 39.2-ci və 39.2.4-cü” sözləri ilə əvəz edilsin, həmin bənddən
“8.1.2-ci, 8.1.3-cü, 8.1.4-cü, 8.1.8-ci, 8.2.7-ci, 8.2.16-cı, 13.1.2-ci,
13.1.3-cü,” və “, 8.1.12-ci maddəsində (müvafiq
qaydaların təsdiq
edilməsi hissəsində),
8.1.14-cü maddəsində (qanunvericiliklə müəyyən
edilmiş hallarda və qaydada)” sözləri çıxarılsın;
2.5. 2.3-cü bənddə
“Kənd Təsərrüfatı
Nazirliyi” sözləri
“Qida Təhlükəsizliyi
Agentliyi” sözləri
ilə əvəz edilsin;
2.6. 2.5-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
“2.5. həmin
Qanunun 37.2-ci maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
həyata keçirir;”;
2.7. 2.6-cı bənddə
“və 8.1.11-ci maddələrində”
sözləri “maddəsində”
sözü ilə, bəndin sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin;
2.8. aşağıdakı
məzmunda 2.7-ci və
2.8-ci bəndlər əlavə
edilsin:
“2.7. həmin Qanunun 1.0.6-cı, 5.4-cü (ikinci
halda), 9.1.3-cü, 9.2-ci, 10.2-ci, 11.1-ci,
13-cü maddəsinin adında,
13.1-ci, 13.2-ci (birinci halda),
13.3-cü, 14.6-cı, 14.9-cu, 18.4-cü, 18.6-cı (ikinci halda), 19.0.6-cı,
19.0.7-ci, 22.1-ci, 26.1-ci (ikinci halda), 26.2-ci (birinci halda), 28.2-ci (hər iki halda), 29.1.4-cü,
29.1.6-cı (ikinci halda),
29.2.3-cü, 29.2.4-cü və 29.2.5-ci maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi həyata keçirir;
2.8. həmin Qanunun 24.7-ci maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini birinci
halda Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi,
Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi və Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi, ikinci halda yerli icra
hakimiyyəti orqanları
həyata keçirirlər.”.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Baytarlıq haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
4. Bu Fərmanın
2-ci hissəsi 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 aprel 2018-ci il
Azərbaycan.- 2018.-1 may.- S.4.