“Formula-1” tarixinə möhtəşəm
Azərbaycan imzası
həkk olundu
Ölkəmiz dünyanın
bir nömrəli avtomobil yarışında
növbəti dəfə
nümunə göstərdi
Aprelin 27-29-da Bakı planetin bir nömrəli avtomobil yarışına
3-cü dəfə evsahibliyi
etdi. “Formula-1” dünya çempionatının
4-cü mərhələsi olan Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın
tərkibində 6 kilometr
məsafədən ibarət
51 dövrəlik mərhələnin
qalibi uğrunda yarışdı. Gərgin keçən
mübarizə sürət
həvəskarlarının böyük marağına
səbəb oldu.
500 milyondan artıq
tamaşaçı kütləsinə
malik yarışı
68 ölkədən çoxlu
sayda azarkeş paytaxtımızda tribunalardan
izlədi.
Bakıdakı qələbə
Luis Hamiltonu liderliyə
yüksəltdi
Azərbaycan Respublikasının Dövlət
himni səsləndikdən
sonra “Formula-1” Azərbaycan
Qran-prisinin final mərhələsi
başladı. Hər birində iki pilot olmaqla komandaların bir gün əvvəl
keçirilən sıralama
yürüşünün nəticəsinə əsasən
start xəttinə ən
yaxın məsafədə
Sebastian Fettel (“Ferrari”) və
Luis Hamilton (“Mercedes”) dayandılar. Digərləri isə Valtteri Bottas (“Mercedes”),
Daniel Rikkardo, Maks Ferstappen (hər ikisi “Red Bull Racing”), Kimi Raikonnen (“Ferrari”), Esteban Okon,
Serxio Peres (hər ikisi “Force India”), Niko Hulkenberq, Karlos Sainz (hər ikisi “Renault”), Lans Stroll,
Sergey Sirotkin (hər ikisi “Williams”), Fernando Alonso (“McLaren”), Çarlz Lekler (“Sauber”), Kevin Maqnussen
(“Haas”), Stoffel Vandurn
(“McLaren”), Pyer Qasli
(“Toro Rosso”), Markus Eriksson (“Sauber”),
Brendon Hartli (“Toro Rosso”)
və Roman Qrojan
(“Haas”) idilər.
Pilotlar ümumu məsafəsi 306
kilometr və 20 çətin döngəsi
olan trekdə 51 dövrə vurdular. Təhlükəsizliyin yüksək səviyyədə
təmin olunduğu, müasirliyi ilə tarixiliyini özündə
birləşdirən Bakı
Şəhər Halqası
ən sürətli yarışlar kateqoriyasına
daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin
eni isə İçərişəhər ətrafında, o cümlədən
7-ci və 8-ci döngələrdə
7,6 metr təşkil
edirdi. 30 mindən
çox tamaşaçının
yarışları yerində
izləməsi üçün
hər cür şərait yaradılmışdı.
Maraqlı və gərgin keçən yarışın
yekununda “Mercedes” komandasının
üzvü Luis Hamilton 1 saat
43 dəqiqə 44,291 saniyəlik
nəticə ilə Azərbaycan Qran-prisinin qalibi oldu.
İkinci yeri “Ferrari” komandasının
sürücüsü Kimi
Raikkonen, üçüncü
yeri isə “Force India”
komandasının pilotu
Serxio Peres tutdu.
Bakıdakı 4-cü mərhələdən
sonra Luis Hamilton xallarının
sayını 70-ə çatdıraraq
“Ferrari”nin pilotu Sebastian Fetteli (66 xal) qabaqlayıb. Azərbaycan Qran-prisində
ikinci yeri tutan “Ferrari”nin
pilotu Kimi Raikkonen xal ehtiyatını
48-ə çatdıraraq üçüncü
sırada qərarlaşıb.
Qran-pridə üçüncü olan “Force India” komandasının
pilotu Serxio Peres isə 9-cu sıraya yüksəlib.
Komandaların yarışında isə
“Ferrari” komandası 114 xalla
birinci sıradadır. “Mercedes” 110 xalla ikinci, “Red Bull Racing” isə 55 xalla üçüncü sırada
qərarlaşıb.
Mübarizəni erkən
dayandıranlar
“Formula-1” Azərbaycan
Qran-prisi eyni zamanda favorit göstərilən pilotların
yarışı erkən
başa vurması ilə də yadda qalıb. Belə ki,
“Red Bull Racing” komandasının iki pilotu eyni
anda yarışla vidalaşıb. Daniel Rikkardonun bolidi Maks Ferstappenin bolidinə arxadan çırpılıb. M.Ferstappen düzgün
manevr etmədiyinə
görə D.Rikkardo əyləcə bassa da, sürəti nizamlaya bilməyib və bolidlər toqquşub.
“Renault” komandasının
pilotu Niko Hulkenberq də Azərbaycan Qran-prisində
çıxışını erkən başa vurmalı olub. O, bolidinin
təkərinin partlamasından
sonra divara çırpılması nəticəsində
yarışı dayandırmalı
olub.
“Force India” komandasının
pilotu Esteban Okon və “Williams” komandasının
pilotu Sergey Sirotkin qəza törətdikləri
üçün elə
birinci dövrədəcə
mübarizəni dayandırmalı
olublar. Nəticədə hər iki pilotun bolidi yararsız hala düşüb. Hər
iki pilot birinci döngəni tamamlamadan yarışda mübarizəni
dayandırıb.
“Formula-2”də qalib müəyyənləşdi
Aprelin 29-da Bakıda “Formula-2” üzrə
ikinci yarışa da yekun vurulub. “ART Grand Prix” komandasının pilotu
George Russel 1 dəqiqə
56,891 saniyəlik nəticə
ilə yarışın
qalibi olub.
“Carlin” komandasının
pilotu Serjio Sette Kamara finiş
xəttinə ikinci, “Pertamina Prema Theodore Racing”in sürücüsü
Nik De Vries üçüncü çatıblar.
“Formula-2”də isə ilk yarış günündə “Dams” komandasının
pilotu Aleksander Albon qalib gəlmişdi. “ART Grand Prix” komandasının pilotu Cek Aitken ikinci,
“Charouz Racing System”in sürücüsü Antonio Fuoko
üçüncü olmuşlar.
Sürətsevərlərin pilotlarla görüşləri
“Formula-1”in Azərbaycan
nümunəsi yüksək
səviyyədə hazırlıq,
qonaqpərvərlik ilə
dünyanı heyran etməklə yanaşı,
paytaxtımızda yarışan
ən məşhur pilotların qəlbində
dostluq, anlaşma, sevgi məşəli yandırıb. Yarış müddətində sürətsevərlər
öz qəhrəmanları
- “Ferrari”, “Haas”, “Williams”, “Toro Rosso”,
“Mercedes”, “Renault” və s. komandaların
pilotları ilə avtoqraf sessiyalarında görüşdülər. Bu, azarkeşlər üçün
əsl hədiyyə oldu.
Beləliklə, Azərbaycan bu yarışa yüksək
səviyyədə evsahibliyi
etməklə bir daha sübut etdi ki, beynəlxalq
tədbirlərin keçirilməsi
üçün əsas
ünvanlardan biridir.
Dünya ulduzlarının
ifasında konsertlər
“Formula-1” Azərbaycan
Qran-prisinin həyəcanlı
və maraqlı yarışlarından sonra
azarkeşlər axşam
saatlarında “Baku Crystal Hall”a
toplaşdılar. Dünya ulduzlarının enerjili və coşqulu ifaları konserti dinləməyə
gələnlərə unudulmaz
gecələr yaşadıb.
“Formula-1” Azərbaycan
Qran-prisinin ilk musiqili qonaqları “Jamiroquai” qrupu və DJ Afrojack azarkeşlərə
unudulmaz anlar bəxş edib.
Aprelin 28-də isə dünya ulduzlarından Kristina Aquilera
avtoidman azarkeşlərinin
qarşısında səhnəyə
çıxıb. O, “Baku Crystall
Hall”da “Formula-1” həvəskarları
üçün ən
məşhur ifalarını
səsləndirib.
Yarışın son günü isə dünyanın ən tanınmış müğənnilərindən
olan Dua Lipa konsert verib. Biletləri
tamamilə satılan konsertləri və hit mahnıları ilə
2017-ci ili başa vuran, 8,5 milyon sinql və 1,5 milyon albom sataraq
ötən il “Spotify”da ən çox dinlənilən britaniyalı qadın ifaçı böyük
səhnədə ən
çox sevilən ifalarını səsləndirib.
Bununla da Azərbaycan Qran-prisi göstərdi ki, “Formula-1” təkcə yarış deyil, həm də istirahət üçün
unudulmaz möhtəşəm
tədbirdir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2018.- 1 may.- S.10.