“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 8; 2001, ¹ 12, maddə 736; 2003, ¹ 1, maddə 7; 2004, ¹ 1, maddə 6; 2007, ¹ 6, maddə 560; 2009, ¹ 2, maddələr 49, 55; 2011, ¹ 4, maddə 257; 2013, ¹ 11, maddə 1290; 2014, ¹ 11, maddə 1365; 2015, ¹ 11, maddə 1252; 2017, ¹ 5, maddələr 718, 747) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddə üzrə:
1.1.1. birinci hissənin dördüncü abzası yeni redaksiyada verilsin:
“yeyinti məhsullarının minimum keyfiyyəti - yeyinti məhsullarının insanların istifadəsinə yararlı olmasına zəmanət verən orqanaleptik, fiziki və (və ya) kimyəvi xüsusiyyətləri;”;
1.1.2. birinci hissənin beşinci abzasından “texniki,” və “standartlara,” sözləri çıxarılsın;
1.1.3. birinci hissənin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on ikinci və on üçüncü abzaslar əlavə edilsin:
“qida zənciri - qida məhsullarının tarladan-süfrəyədək prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi mərhələlərinin məcmusu;
qida (yeyinti) məhsulları sahəsində fəaliyyət
göstərən subyektlər - qida zəncirinin bütün
mərhələlərində fəaliyyəti həyata
keçirən dövlət orqanları (qurumları), bələdiyyələr,
hüquqi və fiziki şəxslər.”;
1.2. 2-ci maddənin ikinci və üçüncü hissələrində, 18-ci maddənin yeddinci abzasında, 20-ci maddənin ikinci hissəsinin beşinci abzasında “məhsullarının” sözündən sonra “minimum” sözü, II fəslin adında “MƏHSULLARININ” sözündən sonra “MİNİMUM” sözü əlavə edilsin;
1.3. 4-cü maddə üzrə:
1.3.1. adında, birinci, ikinci və beşinci abzaslarda “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilsin;
1.3.2. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:
“qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət qeydiyyatı;”;
1.4. 5-ci maddə üzrə:
1.4.1. adında “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilsin;
1.4.2. birinci hissədə “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilsin, həmin hissədən “texniki” sözü çıxarılsın və həmin hissədə “standartlar və tələblər” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar” sözləri ilə əvəz edilsin;
1.4.3. ikinci və üçüncü hissələr müvafiq olaraq üçüncü və dördüncü hissələr hesab edilsin və aşağıdakı redaksiyada ikinci hissə əlavə edilsin;
“Qida məhsullarının təhlükəsizliyinə dair sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanması və təsdiqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.”;
1.4.4. üçüncü hissədə “Qida məhsullarında istifadə olunan xammala, onların” sözləri “Qida məhsullarının” sözləri ilə, “standartlar və tələblər” sözləri “dair texniki reqlamentlər və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar” sözləri ilə və “ixtisaslaşdırılmış təşkilatlar” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin;
1.4.5. dördüncü hissədə “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilsin, “sahəsində standartların və tələblərin” sözləri “məqsədilə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin” sözləri ilə əvəz edilsin;
1.5. 6-cı maddə üzrə:
1.5.1. birinci hissə yeni redaksiyada verilsin:
“Xarici ölkələrə ixrac edilən qida məhsullarına idxalçı ölkələr tələb etdiyi hallarda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən idxalçı ölkələrin tələbləri də nəzərə alınmaqla qida təhlükəsizliyi sertifikatı verilir.”;
1.5.2. ikinci, üçüncü, dördüncü hissələr müvafiq olaraq dördüncü, beşinci və altıncı hissələr hesab edilsin və aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə edilsin:
“İdxalçı ölkələr qida məhsuluna, onun xammalına dair qida təhlükəsizliyi sertifikatının və (və ya) digər sertifikatların (baytarlıq, fitosanitar və s.) alınmasını tələb etdiyi halda, həmin sertifikatların verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
Azərbaycan Respublikasına idxal olunan qida məhsulları qanunvericiliyə uyğun olaraq tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur.”;
1.5.3. dördüncü hissədə “sertifikatların” sözü “qida təhlükəsizliyi sertifikatının” sözləri ilə əvəz edilsin;
1.5.4. beşinci hissə ləğv edilsin;
1.5.5. beşinci hissədə “Sertifikatın (şəhadətnamənin)” sözləri “Qida təhlükəsizliyi sertifikatının” sözləri ilə əvəz edilsin;
1.5.6. aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:
“Yeyinti məhsullarının keyfiyyət göstəricilərinin müvafiq standartda müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında yeyinti məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”;
1.6. 7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 7. Qida məhsulları sahəsində fəaliyyət
göstərən subyektlərin qeydiyyatı
7.1. Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə fəaliyyəti yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir.”.
7.2. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
7.3. Qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır.
7.4. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”;
1.7. 8-ci maddə üzrə:
1.7.1. adında “keyfiyyətinə” sözündən əvvəl “minimum” sözü əlavə edilsin;
1.7.2. birinci hissə
aşağıdakı redaksiyada verilsin:
“Yeyinti məhsullarının
istehsalı, ticarəti, tədarükü, saxlanması,
idxalı, ixracı və daşınması zamanı onun
minimum keyfiyyətinə və təhlükəsizliyinə
dövlət nəzarəti funksiyalarını müvafiq icra
hakimiyyəti orqanı həyata keçirir.”;
1.7.3. ikinci hissədə “keyfiyyətinin”
sözündən əvvəl “minimum” sözü əlavə
edilsin və “sahəsində standartlara və tələblərə”
sözləri “ilə bağlı qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktların tələblərinə”
sözləri ilə əvəz edilsin;
1.7.4. üçüncü hissədə
“keyfiyyətinin” sözündən əvvəl “minimum”
sözü əlavə edilsin və “sahəsində standartlar
və tələblərə” sözləri “ilə
bağlı qida təhlükəsizliyi sahəsində texniki
normativ hüquqi aktların tələblərinə” sözləri
ilə əvəz edilsin;
1.7.5. dördüncü hissədə
“keyfiyyətinin” sözündən əvvəl “minimum”
sözü əlavə edilsin və “sahəsində standartlar
və tələblərə” sözləri “ilə
bağlı qida təhlükəsizliyi sahəsində texniki
normativ hüquqi aktların tələblərinə” sözləri
ilə əvəz edilsin;
1.8. 9-cu maddə üzrə:
1.8.1. birinci hissənin
üçüncü abzasında “gigiyenik ekspertizası”
sözləri “qida təhlükəsizliyi ekspertizası”
sözləri ilə əvəz edilsin;
1.8.2. ikinci hissədə
“standartlar və tələblərə” sözləri “qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktların tələblərinə”
sözləri ilə əvəz edilsin;
1.8.3. üçüncü
hissə yeni redaksiyada verilsin:
“Yeyinti məhsullarının
istehsalında istifadə edilən bitki və heyvan mənşəli
xammalın və qida əlavələrinin, tamlı maddələrin,
köməkçi emal maddələrinin tərkibində kimyəvi
və dərman maddələrinin, bioloji, mikrobioloji və digər
preparatların qida təhlükəsizliyi göstəriciləri
qida təhlükəsizliyi sahəsində texniki normativ
hüquqi aktlarla müəyyən olunur.”;
1.8.4. yeddinci hissə
yeni redaksiyada verilsin:
“Yeni növ qida məhsulları
istehsalata hazırlanarkən onların tərkibi, minimum keyfiyyət
və təhlükəsizlik göstəriciləri, insan
orqanizmi üçün təhlükəsizliyi və
yararlılıq müddəti, qida təhlükəsizliyi sahəsində
texniki normativ hüquqi aktların tələblərinə
uyğunluğu müəyyən olunur, bu göstəricilər
məhsulun normativ sənədlərinə daxil edilir və
müvafiq qaydada dövlət reyestrində qeydiyyata
alınır.”;
1.9. 11-ci maddə üzrə:
1.9.1. birinci hissədə
“onların keyfiyyətinin” sözləri “onların minimum
keyfiyyətinin və təhlükəsizliyinin” sözləri
ilə əvəz edilsin;
1.9.2. ikinci hissəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Yeyinti məhsuluna “müalicəvi”,
“pəhriz” və onlara bərabər tutulan adların verilməsi
və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsi
zamanı texniki reqlamentlərdə və qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə
tutulan tələblər yerinə yetirilməlidir.”;
1.9.3. üçüncü
hissə yeni redaksiyada verilsin:
“Yeyinti məhsullarının
istehsalçıları istehsal etdikləri məhsulları
texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində
texniki normativ hüquqi aktların tələblərinə
uyğun olaraq qablaşdırmalı və etiketləşdirməlidirlər. Etiketdə məhsulun
adı, növü və tərkibi, miqdarı (çəkisi),
qida dəyərliliyi, istifadə sahəsi və qaydaları,
istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri,
istehsalçının adı, ünvanı və qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktlarda tələb
olunan digər məlumatlar əks olunmalıdır. Ekoloji təmiz
kənd təsərrüfatı və qida məhsullarının
markalanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.”;
1.10. 12-ci maddənin mətnində
“müvafiq normativ sənədlərə uyğun olaraq
standartlar və tələblərə” sözləri “texniki
reqlamentlərin və qida təhlükəsizliyi sahəsində
texniki normativ hüquqi aktların tələblərinə”
sözləri ilə əvəz edilsin;
1.11. 13-cü maddə üzrə:
1.11.1. birinci hissə
aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasında minimum
keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktların tələblərinə
cavab verən, mənşəyi və keyfiyyəti barədə
sənədləri olan və qeydiyyata alınmış
subyektlər tərəfindən istehsal edilmiş yeyinti məhsulları
satışa çıxarıla bilər.”;
1.11.2. ikinci və
üçüncü hissələrdə “standartlara və tələblərə”
sözləri “texniki reqlamentlərin və qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktların tələblərinə”
sözləri ilə əvəz edilsin;
1.11.3. dördüncü
hissədə “və gigiyenik sertifikatları” sözləri
“sertifikatı” sözü ilə əvəz edilsin;
1.12. 14-cü maddə üzrə:
1.12.1. birinci hissədə
“milli sertifikatlaşdırma sisteminin tələbləri və
qaydaları” sözləri “texniki reqlamentlərin və qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktların tələbləri”
sözləri ilə əvəz edilsin;
1.12.2. ikinci hissənin birinci cümləsindən
“dövlət gigiyena qeydiyyatına alınmış,” sözləri
çıxarılsın və həmin cümlədə
“yeyinti məhsulları” sözlərindən sonra “dövlət
qeydiyyatına alınmış subyektlər tərəfindən”
sözləri əlavə edilsin;
1.12.3. üçüncü
hissə aşağıdakı redaksiyada verilsin:
“Yeyinti məhsullarının
ixracı zamanı əlavə olaraq idxalçı ölkədə
qüvvədə olan qida təhlükəsizliyi sahəsində
müvafiq normativ aktların tələbləri tətbiq
edilir.”;
1.12.4. dördüncü
hissədə “göstərilən” sözündən sonra
“minimum” sözü əlavə edilsin;
1.13. 16-cı maddə üzrə:
1.13.1. birinci hissədə
“Standartlara və tələblərə cavab verməyən”
sözləri “İstifadəyə yararsız” sözləri
ilə əvəz edilsin;
1.13.2. ikinci-yeddinci hissələr
müvafiq olaraq üçüncü-səkkizinci hissələr
hesab edilsin və aşağıdakı redaksiyada ikinci hissə
əlavə edilsin:
“Aşağıdakılardan hər
hansı birinə cavab verməyən məhsullar insan
istehlakı üçün istifadəyə yararsız qida məhsulları
hesab olunur:
qida təhlükəsizliyi sahəsində
müvafiq texniki normativ hüquqi aktlarla müəyyən
olunmuş təhlükəsizlik və minimum keyfiyyət tələblərinə
cavab verməyən;
üzərində aşkar istifadəyə
yararsızlıq əlamətləri (korlanma, dağılma, zədələnmə)
müşahidə edilən;
mənşəyi məlum olmayan,
saxtalaşdırılmış;
üzərində saxlanma müddəti
göstərilməyən və ya saxlama müddəti
ötmüş;
markalanmasına dair məcburi tələblərə
cavab verməyən.”;
1.13.3. üçüncü
hissədə “bu sahədə dövlət nəzarəti
funksiyalarını həyata keçirən müvafiq icra
hakimiyyəti orqanları” sözləri “müvafiq icra hakimiyyəti
orqanı” sözləri ilə əvəz edilsin;
1.13.4. dördüncü
hissədə “müayinəsi və ekspertizasından” sözləri
“ekspertizadan və laboratoriya müayinəsindən” sözləri
ilə əvəz edilsin;
1.14. 21-ci maddə üzrə:
1.14.1. 21-ci maddənin birinci
abzasında “hüquqi və fiziki şəxslər” sözləri
“qida məhsulları sahəsində fəaliyyət göstərən
subyektlər” sözləri ilə əvəz edilsin;
1.14.2. dördüncü
abzas aşağıdakı redaksiyada verilsin:
“yeyinti məhsullarının
minimum keyfiyyəti və təhlükəsizliyi sahəsində
texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində
texniki normativ hüquqi aktların tələblərini
pozduqda;”;
1.14.3. səkkizinci
abzasda “dövlət gigiyena qeydiyyatından keçməmiş”
sözləri “dövlət qeydiyyatından keçməmiş
subyektlər tərəfindən” sözləri ilə əvəz
edilsin;
1.14.4. onuncu abzas
aşağıdakı redaksiyada verilsin:
“yeyinti məhsullarının
minimum keyfiyyətinə və təhlükəsizliyinə
dövlət nəzarətini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının yazılı tələblərini
və qərarlarını yerinə yetirmədikdə;”;
1.15. 22-ci maddədə “Hüquqi və
fiziki şəxslər” sözləri “Qida məhsulları sahəsində
fəaliyyət göstərən subyektlər” sözləri
ilə əvəz edilsin;
1.16. 23-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“Yeyinti məhsullarının minimum
keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi,
istehsalı, satışı və istifadəsi ilə
bağlı mübahisələr inzibati qaydada və məhkəmə
qaydasında həll edilir.”.
Maddə 2. Bu qanun 2018-ci il
iyulun 1-dən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
23 fevral 2018-ci il
Azərbaycan.-
2018.- 2 may.- S.2.