“Fitosanitar nəzarəti
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2018-ci il 23 fevral tarixli 1011-VQD nömrəli
Qanununun tətbiqi və “Fitosanitar
nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1011-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1.Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4.“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə uyğun olaraq fitosanitar nəzarətində olan karantin obyekti hesab edilən bitkilərin və bitkiçilik məhsullarının siyahısını iki ay müddətində müəyyənləşdirib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5.həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8, maddə 667; 2007, ¹ 6, maddə
613; 2010, ¹ 3, maddə 186, ¹ 5, maddə 402; 2014, ¹ 11, maddə 1393; 2015,
¹ 2, maddə 133; 2016, ¹ 6, maddə 1041, ¹ 12, maddə 2094) aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 1.6 - 1.8-ci, 1.10-cu, 2.1-ci,
2.3-cü, 2.6-cı və 3.1-ci bəndlər ləğv
edilsin;
2.2. 2.2-ci
bənddə “həmin qanunun 6.2-ci, 8.4-cü, 8.5-ci,
13.1-ci, 16.4-cü və 19.3-cü (həmin qanunun 16.2-ci maddəsinin
tələbləri nəzərə alınmaqla, öz səlahiyyətləri
daxilində)” sözləri “Fitosanitar nəzarəti
haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci, 6.2-ci,
13.1-ci, 16.1-ci (ikinci halda), 16.2-ci, 16.4-cü, 19.2-ci (ikinci halda),
19.3-cü” sözləri ilə, “7.0.6-cı” sözləri isə
“7.1.6-cı” sözləri ilə əvəz edilsin;
2.3. 2.4-cü bənd
aşağıdakı redaksiyada verilsin:
“2.4. həmin qanunun 23.3-cü,
25.1-ci, 25.2-ci və 33.2-ci maddələrində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata
keçirir;”;
2.4. 2.7-ci bənd
aşağıdakı redaksiyada verilsin:
“2.7. həmin qanunun 7.2-ci, 12.1.1-ci,
12.1.4-cü, 12.1.5-ci, 13.2-ci (hər iki halda), 13.5-ci, 13.6-cı
maddələrində, 13.8-ci maddəsinin birinci cümləsində,
14.3-cü, 15.2-ci, 16.1-ci (birinci halda), 17.1.1-ci, 17.2-ci,
17.3-cü, 18.1-ci, 19.1-ci, 19.2-ci (birinci halda), 20.3-cü,
20.4-cü, 20.6-cı, 21.1-ci, 24.3-cü, 27.1.1-ci, 27.1.2-ci,
27.2.1-ci, 27.2.6-cı, 27.2.7-ci, 27.2.8-ci (hər iki halda),
28.3-cü, 29.7-ci, 30.5-ci, 32.1-ci, 32.3-cü və 34.2.1-ci maddələrində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata
keçirir;”;
2.5. həmin qanunun 13.8-ci maddəsinin
ikinci cümləsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi ilə
razılaşdırmaqla həyata keçirir.
3. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların “Fitosanitar nəzarəti
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu fərmanın 2-ci hissəsi
2018-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 aprel 2018-ci il
Azərbaycan.-
2018.-2 may.- S.2.