Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Son illərdə Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələrinin inkişafı bizi çox sevindirir. Diplomatik münasibətlərin qurulmasının 26-cı ildönümünü qarşılayan ölkələrimiz arasındakı xoş münasibətlərin və əməkdaşlığın Zati-alinizin səyləri ilə daha da inkişaf edəcəyinə əminəm.
Cənab Prezident, Sizi əmin edirəm ki, 1998-ci ildə parlamentlərarası dostluq liqası qurulandan bəri əlaqələrimizin davamlı inkişafı üçün çalışan bir şəxs kimi, Yaponiya-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi istiqamətində əlimdən gələni əsirgəməyəcəyəm.
Zati-alinizə möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər diləyirəm.
Sizinlə yenidən görüşmək arzusu ilə,
Akira Amari
Yaponiya-Azərbaycan Parlamentlərarası
Dostluq Liqasının sədri
Azərbaycan.- 2018.-2 may.- S.3.