Akademik Zərifə Əliyeva adına Lisey
10 yaşını qeyd edib
Akademik Zərifə Əliyeva
adına Lisey 2008-ci il aprelin 28-də görkəmli oftalmoloq
alim Zərifə xanım Əliyevanın anadan
olmasının 85-ci ildönümü ərəfəsində
açılıb.
AZƏRTAC xəbər verir ki, mayın 1-də Azərbaycan Dövlət Musiqili Dram Teatrında akademik Zərifə xanım Əliyevanın adını daşıyan liseyin yaranmasının 10 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib. Tədbirdə təhsil naziri Ceyhun Bayramov, təhsil nazirinin müavini Firudin Qurbanov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Milli Məclisin deputatları, universitet rektorları, görkəmli elm xadimləri iştirak ediblər.
Liseyin direktoru,
Əməkdar Müəllim, filologiya
üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva bildirib ki, işıqlı xatirəsi daim
yad edilən xeyirxah insan, fədakar alim,
qayğıkeş ömür-gün
yoldaşı, dünya oftalmologiya
elminə gətirdiyi yeniliklərlə bir
çox insanın xilaskarına
çevrilən akademik Zərifə
Əliyevanın həyat yolu onun adını daşıyan liseyin
hər bir üzvü
üçün məktəbdir. M.Vəliyeva
deyib: “Bu gün liseyimizin
yaranmasından 10 il keçir.
Liseyin daşıdığı ada və anda sədaqətlə
10 ildir ki, yol gəlirik. Bu günədək
liseyi 1237 məzun bitirib.
Onların bir çoxu
600-dən yuxarı bal toplayıb, orta statistik göstərici
isə 500 baldan yüksək olub. Ötən ilin qəbul imtahanında liseyin iki məzunu 700 bal toplayaraq təhsil birincisi olub. Şagirdlərimizin bir qismi istər
ölkədaxili, istərsə
də beynəlxalq olimpiadalarda, müsabiqələrdə,
konfranslarda çoxlu sayda medal və diplomlara layiq görülüblər. Biz liseyimizin məzunları sayəsində dünyaya da qapı acımışıq.
Hazırda liseyin məzunları arasında
dünyanın aparıcı
universitetlərində təhsillərini
davam etdirənlərin
sayı az
deyil. Bütün bu nailiyyətlərin
arxasında həm peşəkar, həm də fədakar müəllim əməyi
durur. Biz bilirik ki, göstərdiyimiz
xidmətin bəhrəsini
gələcək nəsillər
də görəcək.
Lisey kollektivi olaraq, təhsilə və müəllimə qayğı
ilə yanaşan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı
bildiririk”.
Daha sonra liseyin fəaliyyətində
xidmətləri olan, hazırda təhsilin müxtəlif sahələrində
rəhbər işçi
kimi çalışan,
eyni zamanda, liseydən təqaüdə
gedən müəllimlərə
xatirə hədiyyələri
verilib. Liseyin formalaşmasında rolu olan müəllimlər
adından Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin
müdiri Məhəbbət
Vəliyeva çıxış
edib.
Sonra liseyin 10 illiyinə həsr olunmuş videoçarx nümayiş
olunub.
Tədbirdə təhsil
naziri Ceyhun Bayramov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz
Əzizov liseyin 10 illik fəaliyyətini yüksək dəyərləndirib,
bu məktəbin təhsilə verdiyi töhfələrdən danışıblar.
Sonra C.Bayramovun imzaladığı
əmrə əsasən,
kollektivin 27 müəlliminə
fəxri fərman və təşəkkürnamələr
təqdim edilib.
Tədbirdə, həmçinin liseyin teatr dərnəyinin rəhbəri, aktyor Bəhruz Vaqifoğlunun şagirdlərlə birgə
hazırladığı ədəbi-bədii
kompozisiya təqdim olunub.
Kompozisiyada liseyin sosial həyatı, dünya elmi, idman, vətənpərvərliklə
bağlı səhnələr
nümayiş olunub. Bundan əlavə, qonaqlara liseyin 10 illik fəaliyyətinə həsr
olunmuş ”Gələcəyə açılan qapı” adlı jurnallar paylanılıb.
Tədbir lisey məzunlarının
təbrik çıxışları
ilə yekunlaşıb.
Azərbaycan.- 2018.-2 may.- S.2.