“Azərbaycan Respublikasında vətəndaşların
pul gəlirlərinin və əmanətlərinin
indeksləşdirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 821-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 12, maddə 445; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 11, maddə 687, ¹ 12, maddə 736; 2003, ¹ 1, maddə 16; 2005, ¹ 8, maddə 691; 2007, ¹ 5, maddə 401; 2017, ¹ 6, maddə 1057) 6-cı maddəsinin ikinci hissəsinin ikinci abzasında “xalq təhsili, elm, mədəniyyət idarələri və başqa idarələr” sözləri “təhsil, elm, mədəniyyət müəssisələri və digər müəssisələr” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel
2018-ci il
Azərbaycan.- 2018.- 3 may.-
S.3.