Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

 

Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramıKonstitusiya Günü münasibətilə Sizə bütün xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Polşa arasındakı əlaqələr zəngin ənənələrə malikdir. Keçən il ölkənizə səfərim zamanı strateji tərəfdaşlığa dair imzaladığımız Birgə Bəyannamə ikitərəfli münasibətlərimizin tarixində yeni səhifə açmışdır.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran bir sıra mühüm sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 aprel 2018-ci il.

 

Azərbaycan.- 2018.-3 may.- S.3.