Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilməyiniz münasibətilə
Sizə səmimi təbriklərimi çatdırır və
ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.
Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin yenidən Sizə etimad göstərməsi liderliyinizi bir daha təsdiqləyir. Bu, Sizin rəhbərliyinizlə Azərbaycanda iqtisadi və sosial tərəqqi istiqamətində görülən işlərin xalqınız tərəfindən dəstəkləndiyini sübut edir. Sizin həyata keçirdiyiniz iqtisadi islahatlar xarici investorların cəlb edilməsinə, yerli məhsulların ixracının artırılmasına və Azərbaycanda iqtisadiyyatın daha sürətli, davamlı inkişafına xidmət edir.
Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq yeni saziş gələcək illərdə iqtisadi, sosial və siyasi əməkdaşlığımızı gücləndirməyə imkan verməlidir. 2017-ci ilin fevral ayında Brüsselə səfəriniz bu yeni iddialı sazişlə bağlı danışıqlar üçün dönüş nöqtəsi oldu. Sizin yenidən Prezident seçilməyiniz Avropa və Azərbaycanın marağında olan danışıqları tez bir zamanda davam etdirməyə imkan yaradacaq.
Cənab Prezident, Sizi Azərbaycan dövləti və xalqı üçün həyata keçirməkdə davam edəcəyiniz siyasəti daim dəstəkləyəcəyimə əmin edirəm.
Zati-aliləri, Sizə ən səmimi salamlarımı çatdırıram.
Hörmətlə,
Rəşidə Dati
Avropa Parlamentinin
deputatı,
Paris şəhərinin 7-ci rayonunun
meri, sabiq ədliyyə naziri
Azərbaycan.- 2018.-3 may.- S.3.