Heydər Əliyev
və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası
Səbail Rayon İcra
Hakimiyyəti, Yeni Azərbaycan Partiyası
(YAP) Səbail rayon təşkilatı
və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə
təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbirdə dövlət qurumlarının
nümayəndələri, Milli Məclisin deputatları, elm və təhsil sahələrinin
nümayəndələri iştirak
ediblər.
Əvvəlcə tədbir iştirakçıları
ulu öndər Heydər Əliyevin universitetdəki abidəsi
önünə gül
dəstələri düzüblər.
AZƏRTAC xəbər
verir ki, konfransda Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar
Əzizov Ulu Öndərin Azərbaycana
rəhbərlik etdiyi
30 ildə gördüyü
işlər və əldə olunan nailiyyətlərdən danışıb.
E.Əzizov deyib: “Bəşər tarixində
çox az insan var ki,
onların həyat və fəaliyyətləri
bütün millətin
və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz
ki, dahi rəhbər Heydər Əliyevdir. Ulu Öndərin
Azərbaycan qarşısında
ən böyük xidmətlərindən biri
müstəqil dövlətimizin
yaradılmasıdır. Bu gün birmənalı
şəkildə demək
olar ki, ümummilli lider Heydər Əliyev olmasaydı, müasir Azərbaycan dövləti
də olmazdı”.
E.Əzizov vurğulayıb ki, Ulu Öndərin ölməz ideyalarını,
siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycanın
gələcək inkişaf
və tərəqqisinə
təminat verir. Məhz Prezident
İlham Əliyevin yüksək intellekti sayəsində bu gün Azərbaycan sürətlə inkişaf
edir və müstəqilliyini qoruyub saxlayır.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev, ADPU-nun rektoru, professor Cəfər Cəfərov Ulu Öndərin ölkəmizin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlər, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin inkişaf etdirdiyi siyasətin uğurları və gələcək perspektivləri barədə danışıblar. Çıxışçılar qeyd ediblər ki, Azərbaycan son illər möhtəşəm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli örnəkdir. Ulu Öndərin müdrik siyasi kursu, strateji dövlətçilik xətti müstəqil dövlətimizin bugünkü böyük uğur və nailiyyətlərinin əsas təminatçısıdır.
Konfransda ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanovun “Heydər Əliyev və Azərbaycanda elmi potensialın inkişafı”, ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmovun “Heydər Əliyev və Azərbaycanda milli-pedaqoji fikir tarixinin tədqiqi” mövzularında məruzələri dinlənilib.
Sonra konfransın bölmə iclasında məruzələr dinlənilib, müzakirələr aparılıb. Universitetin müəllimləri ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu, iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin, həmçinin idmanın inkişafındakı rolu ilə bağlı çıxış ediblər.
Sonda konfrans iştirakçıları adından bəyanat
qəbul olunub.
Azərbaycan.-
2018.- 3 may.- S.5.