“Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 25 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında”  Azərbaycan Respublikası Prezidentinin   2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 25 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 2, maddə 63; 2009, ¹ 4, maddə 226) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.”.

2. Bu  fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2018-ci il

 

Azərbaycan.- 2018.-4 may.- S.2.