78 ölkə, 94 min azarkeş
“Formula-1” Azərbaycan Qran-prisinin
ölkəmizə gətirdiyi turistlərin sayı orta hesabla hər il 30 faiz artır
Aprelin 27-29-da paytaxtımız dünyada bir nömrəli avtomobil yarışı hesab olunan “Formula-1”ə 3-cü dəfə evsahibliyi etdi. “Formula-1” dünya çempionatının 4-cü mərhələsi olan Azərbaycan Qran-prisində yaddaqalan anlar yaşandı və yəqin ki, baş verən maraqlı anlar uzun müddət həm yerli, həm də Bakıya təşrif buyuran əcnəbi azarkeşlər tərəfindən xoş təəssüratlarla xatırlanacaq.
Azərbaycanın nümunəvi təşkilatçılığı
və qonaqərvərliyi
Ölkəmizdə keçirilən “Formula-1” yarışlarının təşkilatçılığı yenə də yüksək standartlara cavab verdi. Təhlükəsizlik, infrastruktur hazırlığı, kütləvi tədbirlərin keçirilməsi ilə bağlı təşkilati və texniki bazanın mövcudluğu bunun əyani göstəricisidir.
Ümumiyyətlə, bu yarışın 2016-cı ildən Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük tarixi nailiyyət hesab olunur. Çünki bu yarış müstəqil ölkəmizin gücünü, xalqımızın qonaqpərvərliyini, yüksək təşkilatçılıq qabilliyyətini bir daha dünyaya göstərdi. Digər tərəfdən bu yarış Azərbaycanın turizm potensialının inkişafında xüsusi rol oynadı və bunun sayəsində ölkəmizi tanıyanların sayı artdı.
Turizm potensialımızın
inkişafında xüsusi
rol oynayan “Formula-1”
Ölkəyə çoxlu
sayda turistin gəlməsi tək turizm sahəsinin deyil, bir çox
sahələrin də
inkişafına təkan
verdi. 2016-cı
ildə keçirilən
“Formula-1” yarışlarından sonra Azərbaycanda başda turizm sektoru olmaqla, iqtisadiyyatın turizmlə
bağlı müxtəlif
sahələrində canlanma
yarandı.
“Formula-1” azarkeşləri
arasında böyük
beynəlxalq şirkətlərin
rəhbərləri də
var. Onlar yarışı
izləməyə gəldikləri
ölkələrin biznes
imkanları ilə yaxından tanış
olurlar ki, bu da Azərbaycanda
xarici investisiya qoyuluşuna öz töhfəsini verir. Yarış zamanı Azərbaycanda da iqtisadiyyatın bir sıra sahələrində
canlanma yarandı və
ölkəyə xarici
investisiyaların cəlb
edilməsinə mühüm
töhfələr verildi.
“Formula-1”in ölkəmizdə
keçirilməsini dəyərləndirərkən
Prezident İlham Əliyev bildirdi ki, bu yarış
Azərbaycanın turizm
potensialının inkişafında
xüsusi rol oynayacaq və ölkəmiz turizm mərkəzinə çevriləcək.
Hər il artan uğur göstəricisi
Müşahidələr və rəqəmlər sübut
edir ki, “Formula-1” yarışlarını izləmək
üçün Bakıya
gələnlərin, şəhərimizi,
ölkəmizi tanıyanların
sayı hər il artır.
Statistik göstəricilərə nəzər
yetirək. İlk dəfə, yəni,
2016-cı ildə Bakıda
keçirilən Avropa
Qran-prisini izləmək
üçün ölkəmizə
30 min tamaşaçı gəlmişdi.
2017-ci ildə isə Azərbaycan Qran-prisini izləməyə
gələnlərin sayı
71,451 nəfərə yüksəldi.
Bu isə o deməkdir
ki, Bakıda baş tutan ikinci “Formula-1” yarışına 2016-cı ildəkindən 40 min nəfərdən
çox turist gəlib. Yəni, xaricdən gələn
avtoidman azarkeşlərinin
sayı iki dəfə çox olub. Ümumilikdə
isə ötən il yarışları
izləmək üçün
65 ölkədən azarkeş
gəlmişdi.
“Formula-1”i izləmək üçün
78 ölkədən bilet
alınıb
“Bakı Şəhər Halqası”
Əməliyyat Şirkətinin
yaydığı məlumata
görə, “Formula-1”in ən
sürətli şəhər
halqasında baş tutan ötənilki yarışla müqayisədə
bu il
ümumi tamaşaçı
sayında 31, bilet satışında isə
21 faiz artım qeydə alınıb. Bu il satılan
biletlərin 77 faizi yerli azarkeşlərin payına düşür.
Builki Azərbaycan
Qran-prisinə, həmçinin
axşam konsertlərinə
ümumilikdə 94 min tamaşaçı
baxıb.
Beləliklə, “Formula-1” üzrə dünya çempionatının 4-cü yarışında iştirak
etmək üçün
Bakıya gələn
əcnəbi azarkeşlərin
sayı ötən illə müqayisədə
31 faiz artıb. Mövsümün gözlənilməzliklərlə və həyəcanlı anlarla dolu yarışına
şahid olmaq üçün dünyanın
78 ölkəsindən avtoidman
həvəskarları Bakıya
təşrif buyurublar.
Biletlərin təxminən dörddəbiri
əcnəbi tamaşaçılar
tərəfindən alınıb.
Bakı Şəhər Halqasında
üçüncü dəfə
keçirilən yarış
azarkeşlərin etimadını
doğrulda bilib. Belə ki,
həm yarışı
yerində canlı, həm də bütün dünyada teleyayım vasitəsilə
izləyən milyonlarla
tamaşaçı uzun
müddət yaddaşlardan
silinməyəcək mübarizənin
şahidi olublar.
Ötən il 65, bu il isə
78 ölkənin azarkeşlərinin
Bakıda “Formula-1” həyəcanını
yaşaması turistlərin
sayında artımın
olduğunu bir daha təsdiq edir. Bu göstəricilərə
əsaslanaraq deyə bilərik ki, bu yarış Azərbaycanın turizm sənayesinin inkişafı
istiqamətində həyata
keçirilən proqramların
artıq müsbət
nəticələr verdiyini
bir daha göstərir.
Son 3 ayda Azərbaycana dünyanın 151 ölkəsindən
turust gəlib
Son illər
ölkəmizdə turizmin
inkişafı ilə
bağlı atılan
addımlar respublikamıza
turist axınının
sürətlənməsinə, regionlarda yeni turizm infrastrukturlarının
yaranmasına və turistlərə göstərilən
xidmətlərin sayının
artmasına səbəb
olub.
Dövlət Statistika
Komitəsinin məlumatına
görə, son 3 ayda Azərbaycana dünyanın
151 ölkəsindən 629,4 min və ya ötən
ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz
çox əcnəbi
və vətəndaşlığı
olmayan şəxs gəlib. Gələnlərin
27,4 faizi Rusiya Federasiyası, 22,1 faizi Gürcüstan, 15,8 faizi İran, 11,6 faizi Türkiyə, 4,7 faizi Birləşmiş Ərəb
Əmirlikləri, 1,9 faizi
Ukrayna, 1,8 faizi İraq, 14,6 faizi digər ölkələrin
vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslərdir.
Gələnlərin 67,9
faizini kişilər,
32,1 faizini isə qadınlar təşkil edib.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin
29,6 faizi yanvar, 26,4 faizi fevral, 44 faizi isə mart ayında ölkəyə gəlib.
Mart ayında ölkəmizə
gələnlərin 25,8
faizini İran vətəndaşları təşkil
edib və onların sayı ötən ilin mart ayında gələnlərdən
4,6 faiz çox olub.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2018.-4 may.- S.1; 11.