Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilməyiniz münasibətilə
səmimi qəlbdən təbrik etməkdən böyük
şərəf və məmnunluq hissi keçirirəm.
Ölkəmizdə baş verən
münaqişənin başa çatması istiqamətində
nümayiş etdirdiyiniz mövqe, xüsusilə də
Kolumbiyada nar bağlarının salınması ilə
bağlı layihəyə göstərdiyiniz dəstək,
yüksək səviyyəli qarşılıqlı səfərlər
və görüşlər, hər iki ölkədə
diplomatik nümayəndəliklərin açılması,
qarşılıqlı maraqlara xidmət edən sazişlərin
imzalanması sayəsində son 8 il ərzində ölkələrimiz
arasındakı əlaqələr daha da inkişaf
etmişdir.
Hər iki ölkə arasında mədəniyyət,
ticarət, investisiya sahələrində əməkdaşlığa
təkan vermək üçün imkanların daha genişləndirilməsinə
Kolumbiyanın hər zaman hazır olduğunu bir daha
vurğulamaq istəyirəm.
Zati-aliləri, fürsətdən
istifadə edərək Sizə ən dərin
ehtiramımı bildirirəm.
Hörmətlə,
Xuan Manuel Santos
Kolumbiya Respublikasının
Prezidenti
Azərbaycan.- 2018.- 4 may.- S.2.