Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Dost Azərbaycan Respublikasında keçirilmiş son prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Küveyt Dövləti Millət Məclisinin üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ölkənizin inkişaf və tərəqqisi naminə bu ali missiyanızda Sizə uğurlar diləyirəm.

Ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğumu ifadə edirəm. Zati-alinizinKüveyt Dövləti Əmirinin ölkələrimizi bir-birinə bağlayan sıx və tarixi əlaqələri inkişaf etdirmək, dost xalqlarımızın mənafeyinə xidmət edən birgə əməkdaşlığımızı möhkəmləndirmək və daha da irəliyə aparmaq istiqamətində göstərdiyiniz qətiyyəti yüksək dəyərləndirirəm.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Mərzuq Əl-Ğanim

Küveyt Dövləti Millət Məclisinin sədri

 

Azərbaycan.- 2018.- 4 may.- S.2.