Beynəlxalq təşkilatlarla əmək və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri ilə görüş keçirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının birgə təşkil etdiyi görüşdə ümumilikdə 30-a yaxın beynəlxalq təşkilatın nümayəndələri iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin islahatlar proqramının əsas hədəflərindən birisosial-iqtisadi idarəetmə və əhaliyə xidmət sistemlərində mütərəqqi beynəlxalq yanaşma və təşəbbüslərin, qabaqcıl dünya təcrübəsindən irəli gələn ən müasir texnologiyaların, innovativeffektiv mexanizmlərinin geniş tətbiqinin təmin edilməsidir. Əmək, məşğulluq, əmək bazarının tənzimlənməsi, əhali sakinliyidemoqrafiya, sosial müdafiə və digər aidiyyəti sahələr üzrə mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlıq daim diqqətdə saxlanılmalıdır. Həmin əməkdaşlığa strateji planlaşdırma yanaşması tətbiq olunmalı və uzunmüddətli prioritetlər müəyyən edilməlidir. Bu prioritetlər əsasında icra olunan layihələr, əmək və sosial müdafiə sahələrində aparılan islahatlar prosesinə fəal dəstək rolunu oynamalı, aktual sektorlarında səmərəli nəticələrə nail olunmasına öz töhfəsini verməlidir.

Nazir bildirib ki, bu gün gənclərin, fiziki imkanları məhdud şəxslərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və inklüziv əmək bazarının inkişafı, məşğulluq xidmətlərinin, habelə vakansiyalar bazasının elektron texnologiyalar üzərində qurulması, qeyri-rəsmi məşğulluqla mübarizənin faydalı təşkili, əmək müfəttişliyinin potensialının və fəaliyyətində səmərəliliyin artırılması aktual məsələlərdəndir. Həmçinin qarşıda sosial yardım və özünüməşğulluq proqramının icra mexanizminin təkmilləşdirilməsi, sosial xidmətlər sisteminin müasir dünya təcrübəsindəki sosial reabilitasiya metodları əsasında qurulması, “sosial modelinin, müvafiq sahələrdə strateji araşdırmaların aparılmasında beynəlxalq təcrübədə tətbiq olunan modellərin tətbiqi və s. kimi məsələlər dayanır.

Beynəlxalq təşkilatlarla əməkdaşlığın gələcək istiqamətləri müəyyən olunarkən və birgə fəaliyyət üçün layihələr hazırlanarkən qeyd olunan məsələlərə xüsusi əhəmiyyət verilməsinin vacib olduğunu vurğulayan nazir bu sahələrdə aparılan əməkdaşlığın fayda verəcəyinə əminliyini ifadə edib.

Ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində qabaqcıl dünya təcrübəsinə uyğun şəkildə aparılan islahatlara, əhali sakinliyidemoqrafiya siyasətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərə dəstək vermək əzmində olduqlarını bildiriblər.

Müzakirə şəraitində davam edən görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində aparılan islahatlar, bu sahələrdə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə əlaqədar beynəlxalq qurumlarla gələcək əməkdaşlıq istiqamətləri müəyyən olunub.

 

Azərbaycan.- 2018.- 4 may.- S.2.