Müqəddəs Məryəm Katolik
Kilsəsində görüş
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov mayın 3-də Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, kilsə binasındakı rəsm qalereyası, ibadət zalı və inzibati bina ilə tanış olub. Daha sonra Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının ordinarisi, yepiskop Vladimir Fekete ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə əməkdaşlıq məsələləri və onun inkişaf perspektivləri ətraflı müzakirələr aparılıb.
Söhbət zamanı, həmçinin yepiskop Vladimir Fekete ölkəmizdə katolikliyin tarixi və fəaliyyəti haqqında geniş məlumat verib, dövlətin icmaya göstərdiyi qayğıdan yüksək məmnunluğunu ifadə edib.
Etibar Nəcəfov ümummilli lider Heydər Əliyevin Katolik dini icmasına yüksək diqqət və qayğı ilə yanaşmasından, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib. Şöbə müdiri, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katolik icmasına xüsusi diqqət yetirməsindən, Heydər Əliyev Fondunun Roma Katolik Kilsəsi ilə sıx əməkdaşlığından danışıb.
Yepiskop Vladimir Feketeyə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı təqdim edilib.
Görüşdə millətlərarası
münasibətlər, multikulturalizm və
dini məsələlər şöbəsinin
böyük məsləhətçisi Ceyhun Məmmədov da iştirak edib.
Azərbaycan.-
2018.- 4 may.- S.7.