Fransada Azərbaycanın
Dostları Assosiasiyasının prezidenti
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsində
olub
Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Rövşən Rzayev
mayın 3-də Fransada Azərbaycanın Dostları
Assosiasiyasının prezidenti Jan-Fransua Mansel və
Assosiasiyanın baş katibi, Paris Azərbaycan Evinin rəhbəri
Mirvari Fətəliyeva ilə görüşüb.
Sədr Azərbaycan həqiqətlərinin
Fransada yayılmasında Paris Azərbaycan Evinin xidmətlərindən
danışıb. O, nüfuzlu dövlət olan Fransanın
ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi səylərini
artırmalı olduğunu vurğulayıb, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi zamanı doğma
torpaqlarından didərgin salınmış qaçqın və
məcburi köçkünlərin problemlərinin həlli
istiqamətində görülən işlər barədə
məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham
Əliyev hər zaman qaçqın və məcburi
köçkünlərin problemlərini diqqətdə
saxlayır, bu problemlərin həlli istiqamətində
lazımi addımlar atılır.
Rövşən Rzayev Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa-Azərbaycan əlaqələrinin
inkişafında müstəsna xidmətlərindən
danışıb. Qeyd edib ki, Mehriban xanım Əliyeva
ictimai-siyasi, xeyriyyəçilik fəaliyyəti ilə
yanaşı, həm də qaçqın və məcburi köçkünlərin
problemlərini hər zaman diqqət mərkəzində
saxlayır. Azərbaycanın Birinci vitse-prezidenti
qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması istiqamətində
mühüm işlər görür.
Komitə sədri Prezident İlham
Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində
işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə
qayıdan soydaşlarımızın yaşayış şəraiti
ilə tanış olmaları üçün həmin kəndə
səfərin təşkilinin mümkünlüyünü
bildirib.
Jan-Fransua Mansel Azərbaycan həqiqətlərinin
Fransa ictimaiyyətinə obyektiv şəkildə
çatdırılmasında əlindən gələni əsirgəməyəcəyini
bildirib.Qonaq gələcək əməkdaşlıqla
bağlı bir sıra təkliflər irəli sürüb və
bunun üçün perspektivlər olduğunu bildirib.
Azərbaycan.-
2018.- 4 may.- S.7.