“Azercell”in
dəstəyi ilə
III Buktreyler Festivalının
qalibləri müəyyən
olunub
2 may 2018-ci il tarixində “Azercell Telekom” MMC-nin tərəfdaş qismində
iştirak etdiyi III Buktreyler Festivalının
Qala gecəsi baş tutub. Gecədə
festivalın qaliblləri
elan olunub və mükafatlandırma
mərasimi keçirilib.
Beləliklə, birinci yerə
xalq yazıçısı
Anarın seçilmiş
əsərlərinə çəkdiyi
treylerə görə
Tural Kərimov adlı müəllif layiq görülüb.
İkinci yeri Firdovsi Nəbiyev “Şahid” buktreyleri və Cavid Nuriyev “İkimizin hekayəsi” işi ilə paylaşıblar. Üçüncü
yerə isə Sərdar Tağıyev “Almafobiya”, Binyamin Sailov “Can
nənə, bir nağıl de” və Eybulla Ağadadaşov “Bulud bağçaları”
treylerləri ilə layiq görülüblər.
1-ci, 2-ci (2 nəfər)
və 3-cü (3 nəfər)
yer qalibləri uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatı qazanıblar. Müsabiqəyə təqdim olunmuş
buktreylerlərə ölkəmizin
tanınmış yazıçıları,
kinoşünasları və
ictimai xadimlərinin daxil olduğu münsiflər heyəti qiymət verib. Qeyd edək ki, mütaliənin
və maariflənmənin
cəmiyyətimizdə təbliği,
kino sahəsində istedadlı və yaradıcı gənclərin
üzə çıxarılması
məqsədi daşıyan
festivalda çap şəklində nəşrdən
çıxmış (nəşr
ilindən asılı
olmayaraq) azərbaycanlı
müəllifin kitabından
və ya kitab seriyasından bəhs edən buktreylerlər iştirak ediblər.
Tədbirdə “Azercell”in
nümayəndəsi hələ
2015-ci ildə şirkət
tərəfindən təqdim
olunan Bookmate kitabxanasının texniki göstəricilərindən bəhs
edib, bütün iştirakçılara mobil
əlavədən 1 aylıq,
qaliblərə isə
1 illik istifadə kodları hədiyyə edilib.
Mütaliə mədəniyyətinin inkişafı,
kitaba marağın artırılması üçün
indiyə qədər
bir sıra uğurlu layihələrə
imza atan “Azercell Telekom” bundan sonra da gənclər
arasında bu istiqamətdə sosial layihələrin həyata
keçirilməsinə dəstək
olacaq.
Azərbaycan.-
2018.- 4 may.- S.11.