Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. İnanıram ki, Braziliya ilə Azərbaycan arasında dostluq münasibətləri xalqlarımızın və beynəlxalq birliyin mənafeyi naminə daha da möhkəmlənəcək. Bizi ayıran böyük coğrafi məsafəyə baxmayaraq, əminəm ki, müxtəlif sahələrdəki əməkdaşlığımız daha da genişlənəcək. Cənab Prezident, belə bir xeyirxah işi dəstəkləməkdə maraqlı olduğumu bir daha xüsusi vurğulayıram.
Zati-aliləri, Prezidentliyinizin yeni dönəmində Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Dərin hörmətlə,
Mişel Temer
Braziliya Federativ
Respublikasının Prezidenti
Azərbaycan.- 2018.-5 may.- S.5.