Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq, “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 72; 2013, ¹ 7, maddə 789; 2014, ¹ 10, maddə 1160; 2016, ¹ 3, maddə 407, ¹ 4, maddə 641; 2017, ¹ 12, I kitab, maddə 2228) 22-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 22. Mərkəzləşdirilmiş kredit reyestrikredit büroları ilə BOKT arasında məlumat mübadiləsi

22.1. BOKT hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan Mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir.

22.2. BOKT tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2018-ci il

 

Azərbaycan.- 2018.- 6 may.- S.4.