“Fərdi məlumatlar haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 480; 2014, ¹ 7, maddə 773) 13.2-1-ci maddəsində “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış” sözləri “Vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı” sözləri ilə əvəz edilsin və həmin maddədən “birbaşa və ya” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
3 aprel 2018-ci il
Azərbaycan.-
2018.- 6 may.- S.5.