“Azərbaycan
Respublikası Gömrük
Məcəlləsinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq “Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, N 9, maddə
793; 2014, N 5, maddə 477, N 9, maddə 1027, N 10, maddə
1194; 2016, N 8, maddə 1384; 2017, N 3, maddə 384, N 8, maddə
1521) 28.3-cü bəndində “Azərbaycan Respublikasının
Vergilər Nazirliyi” sözlərindən sonra
“, Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi” sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 may 2018-ci il
Azərbaycan.- 2018.- 6 may.- S.6.