Bakıda “Tahir Salahovun xalça dünyası. Portretlər”
adlı sərgi açılıb
Azərbaycan Xalça
Muzeyində “Tahir Salahovun xalça dünyası. Portretlər” adlı sərgi
açılıb.
Muzeydən AZƏRTAC-a bildirilib
ki, sərgi çərçivəsində xalq rəssamı Tahir Salahovun müəllifi olduğu bir neçə rəngkarlıq əsərlərinin
əsasında əməkdar
rəssam Taryer Bəşirovun texniki layihəsi və rəhbərliyi ilə toxunan xalçaların təqdimatı olub.
Tədbirin ulu öndərin 95 illiyi çərçivəsində keçirildiyini deyən muzeyin direktoru Şirin Məlikova bildirib ki, dünyada
ilk dəfə olaraq ən zəngin və güclü xalçaçılıq ənənələrinə
malik Xalça Muzeyinin yaranması da Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycanda muzey işinin
inkişafında ümummilli
liderin xidmətlərini
xatırladan Ş.Məlikova,
bu gün Xalça Muzeyi və ümumilikdə xalçaçılıq sənətinin
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daima diqqətində olduğunu söyləyib.
Ş.Məlikova xalq rəssamının əsərlərinin dünyanın
nüfuzlu muzeylərində
və rəsm qalereyalarında mütəmadi
olaraq nümayiş olunduğunu diqqətə
çatdırıb.
O qeyd edib ki, rəhbəri olduğu muzeyin də ekspozisiyasında görkəmli rəssamın
məşhur əsərlərini
görmək mümkündür.
“Bu möhtəşəm
tablolar xalça sənəti dilinə köçürülmüş yeni əsərlərdir. Artıq bir
neçə ildir ki, Tahir Salahov
bu sahədə yeni eksperimentlər edir. O, hər zaman yorulmadan yeni üfüqləri kəşf edən yaradıcı şəxsiyyətdir.
Xalça da artıq onun yaradıcılığında
öz yerini tutmağa başlayır”,
- deyə muzeyin direktoru vurğulayıb.
O, yeni xalçalarını
muzeyə təqdim etdiyi üçün Tahir Salahova təşəkkürünü bildirib.
Tədbirdə çıxış
edən mədəniyyət
naziri Əbülfəs
Qarayev sənətkarın
yaradıcılığını yüksək qiymətləndirərək
onun əsərlərinin
dünyanın bütün
nüfuzlu muzey və qalereyalarında sərgiləndiyini, eyni zamanda,
yeni əsərlərinin
böyük marağa
səbəb olduğunu
vurğulayıb.
Ə.Qarayev ümummilli lider Heydər Əliyevin hər zaman mədəniyyətimizin və
milli ənənələrimizin
təbliğinə yüksək
qiymət verdiyini və bu gün
də bu ənənələrin yaşadığını
diqqətə çatdırıb.
Xalça Muzeyinin baş rəssamı, əməkdar
rəssam Taryer Bəşirov görkəmli
rəssamın əsərlərindən
ilhamlanaraq yaratdığı
xalçaların ərsəyə
gəlməsindən, təqdim
olunan xalçaların
bədii xüsusiyyətlərindən
söz açıb. Bildirib ki,
buraya ulu öndərin Heydər Əliyev Fondunda saxlanılan portretinin reproduksiyası, Maqsud İbrahimbəyov və Koroğlu portretləri daxildir.
Sonda çıxış edən
xalq rəssamı Tahir Salahov hər
bir əsərinin yaranma tarixçəsindən
danışıb, sərgiyə
təqdim olunan xalçaların özünəməxsus
keyfiyyətlərindən bəhs
edib. Bununla yanaşı, Tahir
Salahov ulu öndərin xatirəsini
ehtiramla yad edərək onunla bağlı xatirələrini
bölüşüb. Xalq rəssamı tədbirin təşkilinə görə
nazirliyin və muzeyin rəhbərliyinə
minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları sərgi
ilə tanış
olublar.
Sərgidə ümummilli lider Heydər Əliyevin, bəstəkar Fikrət Əmirovun, xalq yazıçısı Maqsud
İbrahimbəyovun və
xalq qəhrəmanı
Koroğlunun portretləri
toxunan xalçalar nümayiş olunub.
Azərbaycan.- 2018.- 6 may.- S.11.