İlham Əliyevin
prezidentliyi dövrünün
ilk 10 ilinə işıq
salan fundamental nəşr
Əsrə bərabər
on il. “Prezident
İlham Əliyev: dinamik inkişafın 10 ili” ikicildliyinin
naşirləri 2003-2013-cü illəri belə səciyyələndirirlər
Nəfis tərtibatla
nəşr olunmuş
“Prezident İlham Əliyev: dinamik inkişafın 10 ili” ikicildliyi oxucuların ixtiyarına verilib.
AZƏRTAC xəbər
verir ki, monumental nəşrdə müstəqil
Azərbaycanın memarı
və qurucusu ulu öndər Heydər Əliyevin layiqli davamçısı
Prezident İlham Əliyevin xalqa sədaqəti, dövlətin
müdafiə qüdrətinin
yüksəlməsi və
dövlətçiliyin möhkəmlənməsi,
milli müstəqilliyin
əbədiyaşarlığı uğrunda apardığı
mübarizənin unudulmaz
səhifələri öz
əksini tapıb.
Layihənin ideya rəhbəri Azərbaycan Respublikası
Ağsaqqallar Şurasının
sədri Fəttah Heydərovdur. Professor Teymur Əhmədovun tərtib etdiyi, tədqiqatçı
alim İradə Ələsgərovanın redaktoru
olduğu kitabda Azərbaycan Prezidenti İlham Əliyevin
2003-2013-cü illərdə həyata keçirdiyi daxili və xarici siyasət, xarici ölkələrə
rəsmi səfərləri,
dövlət başçıları,
beynəlxalq təşkilatların
rəhbərləri və
nümayəndə heyətləri
ilə çoxsaylı
görüşləri, kütləvi
informasiya vasitələrinə
müsahibələri, nitqləri,
çıxış və
bəyanatları xronoloji
ardıcıllıqla əks
olunub.
Kitabın həmin dövrə həsr edilməsi təsadüfi deyil. Azərbaycanın bugünkü inkişaf və yüksəlişinin
təməli məhz həmin illərdə qoyulub. Bu tarixi uğurları dəyərləndirən
dövlətimizin başçısı
İlham Əliyev nitq və çıxışlarında
dəfələrlə vurğulayıb
ki, bizim iqtisadi göstəricilərimizin,
inkişafımızın dünya
miqyasında bənzəri
yoxdur: “10 ilin yekunlarına baxmaq kifayətdir. Azərbaycanda
yaşanan inkişaf dünyada çox nadir hallarda müşahidə edilir, həm siyasi-iqtisadi, həm energetika, mədəniyyət
sahələrində...”.
Yeri gəlmişkən
qeyd edək ki, Prezident İlham
Əliyevin 2003-2013-cü illərdəki
fəaliyyəti AZƏRTAC-ın
materiallarına və
Prezident Kitabxanasına
istinadla “Respublika” qəzetində xronoloji ardıcıllıqla on il mütəmadi dərc olunub. Yəqin ki, ikicildliyin sanballı alınmasını
şərtləndirən əsas
amillərdən biri də budur.
İkicildliyi vərəqlədikcə
10 il ərzində
ölkəmizdə qazanılan
uğurların, reallaşdırılan
layihələrin miqyası
heyrət doğurur. 2003-2013-cü illərdə Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkə olub. İqtisadiyyat 3,4 dəfə artıb. Həmin müddətdə heç bir digər ölkə, hətta inkişaf etmiş ölkələr
belə bu qədər iqtisadi artıma nail olmayıb.
Uğurların başlıca səbəbi
aparılan islahatlar, ölkədə hökm sürən sabitlik, ictimai asayişin təmin edilməsidir.
Digər
tərəfdən, iqtisadi
islahatlar siyasi islahatlarla tamamlanıb.
Bütün bunları nəşrdə
toplanan materiallardan tam
və aydın şəkildə görmək
mümkündür.
Bu gün
Azərbaycan təkcə
regionda deyil, həm də dünyada söz və nüfuz sahibidir. Ölkəmizin beynəlxalq aləmdə
nüfuzunun artmasında
iqtisadi potensialın güclənməsi ilə
bərabər, Prezident
İlham Əliyevin məntiqli praqmatik siyasəti və lider kimi şəxsi
keyfiyyətləri böyük
rol oynayır. Bu uzaqgörən siyasi kursun nəticəsidir
ki, regionda Azərbaycanın iştirakı
olmadan heç bir layihəni həyata keçirmək,
iqtisadi proqramı reallaşdırmaq qeyri-mümkündür.
Cənubi Qafqaz iqtisadiyyatında
dörddə üç
paya malik olan Azərbaycan hazırda regional lider, mühüm geosiyasi oyunçu və beynəlxalq nüfuzu daim artan ölkədir.
Təhlilçilərin də qeyd etdiyi kimi, bu
böyük uğurların
arxasında Ulu Öndərin əsasını
qoyduğu inkişaf strategiyasının müasir
dövrümüzdə dövlətimizin
başçısı tərəfindən
davamlı inkişaf etdirilməsi və qlobal siyasətin tələbinə əsasən
yeni çalarlarla zənginləşdirilməsi dayanır.
Bütün bunlar haqqında “Prezident İlham Əliyev: dinamik inkişafın 10 ili” ikicildliyindəki
ayrı-ayrı bölmələrdən
geniş məlumatlar əldə etmək olar.
“CBS Poliqrafik
production” nəşriyyatında çap edilən ikicildlik zəngin kitab mədəniyyəti ənənələrini özündə
birləşdirir və
yüksək səviyyəli
poliqrafik icrası ilə diqqət çəkir. Kitab oxucuda bu 10 ildə görülmüş
işlərin həqiqi
miqyası, dövlət
başçısının yürütdüyü uzaqgörən
siyasət barədə
aydın təsəvvür
yaradır. İkicildliyin hazırlanmasında başlıca
məqsəd də elə budur.
2003-2013-cü illərin
xronikasını nəfis
tərtibatla oxucunun diqqətinə çatdıran
bu yeni nəşr
bir daha təsdiqləyir ki, əsrə bərabər bu 10 il milli
inkişaf strategiyasının
reallaşmasına, əhalinin
sosial rifahının yüksəldilməsinə, ölkəmizin
beynəlxalq nüfuzunun
artmasına, iqtisadi təhlükəsizliyin, milli
maraqların və sabitliyin təmin olunması istiqamətində
tədbirlərin gələcək
illərdə də uğurla həyata keçirilməsinə, müstəqilliyimizin
əbədiyaşarlığına etibarlı təməl olub.
Azərbaycan Prezidenti İlham Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr
olunmuş bu ikicildlik ölkənin sosial-iqtisadi inkişafı,
daxili və xarici siyasəti ilə maraqlanan geniş oxucu auditoriyası, politoloq və tədqiqatçılar
üçün son dərəcə
dəyərli məlumat
mənbəyidir.
Bu fundamental nəşri,
eyni zamanda, xalqın iradəsi ilə növbəti müddətə Prezident seçilməsi münasibətilə
dövlətimizin başçısı
İlham Əliyevə
mətbuat işçilərinin
özünəməxsus təbriki
kimi də səciyyələndirmək olar.
Azərbaycan.- 2018.- 6 may.- S.5.