Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adından şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Cənab Prezident, seçicilərin mütləq əksəriyyətinin Zati-alinizə səs verməsi onların Sizin ali siyasi nüfuzunuza, balanslı xarici siyasətinizə ölkəmizdə həyata keçirdiyiniz sosial-iqtisadi islahatların davam etdirilməsinə bəslədikləri etimadın təcəssümüdür.

Türk dünyasında türk xalqlarının inteqrasiyasının gücləndirilməsi türkdilli dövlətlər arasında mövcud qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Zati-alinizin göstərdiyi səylər yüksək qiymətləndirilir.

Hörmətli cənab Prezident, Sizə bir daha ən xoş arzularımı çatdırır, bütün Azərbaycan xalqına rifah, firavanlıq xoşbəxtlik diləyirəm.

Dərin hörmətlə,

 

Ramil Həsənov

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi

Türkiyə Respublikası, İstanbul şəhəri

 

Azərbaycan.- 2018.-8 may.- S.2.