Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Tunis xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Zati-aliləri, qardaş Azərbaycan Respublikasının davamlı inkişafı və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini qardaş xalqlarımızın ortaq maraqları naminə daha da möhkəmləndirmək istiqamətində Sizinlə birgə işləmək niyyətində olduğumu bildirirəm.
Beji Kaid əs-Sebsi
Tunis Respublikasının Prezidenti
Azərbaycan.- 2018.-8 may.- S.2.